Cavanlıq iksiri – matça çayı
24.05.2025 12:14

 

Fərqli bir dadlı, zəngin tərkibli matça çayı piyləri əridir, yağların sorulmasını ləngidir, xolesterini tənzimləyir, dərini yeniləyir və ləkələrin qarşısını alır. Bu yapon yaşıl çayı təbii antioksidant mənbəyidir.

 

Aztibb.az xəbər verir ki, matçanın tərkibindəki təbii maddələr qocalmanı sürətləndirən sərbəst radikalları neytrallaşdırır. Bu barədə dietoloq və qastroenteroloq Yekaterina Kilipko məlumat verib. Onun sözlərinə görə, matça katexin adlanan təbii üzvi maddələrlə zəngindir. İçki xüsusilə sərbəst radikalları zərərsizləşdirən maddələrlə zəngindir. Bu sərbəst radikallar yığılaraq hüceyrə quruluşunu zədələyə bilər.

 

Matça müntəzəm istehlak edildikdə qocalmanı ləngidir və xroniki xəstəliklərin inkişaf riskini azaldır. Həkim gündə bir və ya iki stəkan matça içməyi məsləhət görür. Həkim xəbərdarlıq edib: “Bir payda 60–100 millilitr suya tökülən 1–2 qram üyüdülmüş yaşıl çay olur. Lakin nəzərə almaq lazımdır ki, matçanın tərkibində kofein var, ona görə də həddindən artıq içildikdə ürək döyüntülərinin artmasına və yuxu pozulmasına səbəb ola bilər. Kofein tərkibli məhsullar saat 16:00-dan əvvəl qəbul edilməlidir”.

 

O əlavə edib ki, ürək-damar, böyrək və qaraciyər problemi olan xəstələr içkidən ehtiyatlı olmalıdırlar. Belə narahatlığı olanlar gündə 1 stəkandan çox matça içməməlidir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır