Yataq şəraitində olan vətəndaşlarda əlilliyin qiymətləndirilməsi necə aparılır?
24.05.2025 10:51
Vətəndaş sağlamlıq vəziyyəti ilə əlaqədar Həkim Məsləhət Komissiyasına gələ bilmədiyi təqdirdə o, Komissiya tərəfindən olduğu yerdə müayinə edilir və tibbi-sosial ekspertiza müayinəsinə göndərişdə bu barədə qeydlər aparılır.
Aztibb.az-a TƏBİB-dən verilən məlumata görə, prosesə başlamaq üçün ilk olaraq vətəndaşın yaxını və ya qanuni nümayəndəsi qeydiyyat üzrə tibb müəssisəsinə müraciət etməli, tibb müəssisəsinin Həkim Məsləhət Komissiyası isə öz iş qrafikinə və vətəndaşa uyğun müayinə vaxtı təyin etməlidir. Bundan sonra vətəndaşın sağlamlıq vəziyyəti mövcud tibbi sənədlər əsasında olduğu yerdə (ev şəraitində) qiymətləndirilir.
Qeyd edək ki, yataq şəraitində olan vətəndaşların Həkim Məsləhət Komissiyası tərəfindən evdə müayinəsi ödənişsiz formada həyata keçirilir.
Müayinə zamanı foto və video qeydiyyat funksiyalarına malik olan xüsusi texniki vasitələrdən istifadə edilərək komissiya üzvləri tərəfindən akt tərtib olunur. Tərtib olunan akt əsasında vətəndaşa dair tibbi sosial ekspertiza müayinəsinə göndəriş - yəni Forma 88 rəsmiləşdirilir.
Yataq şəraitində olan vətəndaşların tibbi sosial ekspertiza müayinəsinə göndərişi rəsmiləşdirilərkən diaqnozlara bağlı olan mütləq müayinələr tələbi aradan qaldırılır.
Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən bu kateqoriyadan olan vətəndaşlara əlilliyin təyin olunması da ev şəraitində aparılır.
Bu bölməyə aid digər xəbərlər
Təzyiqinizi düzgün ölçürsünüzmü?
22.10.2026 | 15:18
Siqaretdə gizli təhlükə - 10 qutudan 9-da mikroplastik aşkarlanıb
22.10.2026 | 11:41
PROX1 zülalının bloklanması görmə qabiliyyətinin bərpasına ümid yaradır
22.10.2026 | 08:46
Gen terapiyası ümumi xəstəliklərin müalicəsində yeni mərhələ aça bilər
21.10.2026 | 15:54
Süni intellekt fotodan xərçəng xəstələrinin ömür müddətini təxmin edir
21.10.2026 | 11:34
Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunda 24/7 fasiləsiz tibbi xidmət
21.10.2026 | 09:50
Təbiətə virtual tamaşa etməyin beyinə gözlənilməz təsiri araşdırılıb
21.10.2026 | 08:55
Dünya şəhərlərində minlərlə naməlum virus gizlənir
21.10.2026 | 07:51
Yeməkdən sonra 15–20 dəqiqəlik yüngül gəzinti sağlamlığınıza müsbət təsir göstərə bilər
20.10.2026 | 16:42
Əməliyyatda xəstənin bədənində tənzif unuduldu - 2 həkimə məhkəmə iddiası qaldırıldı
20.10.2026 | 13:48
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

