Respublika Klinik Xəstəxanasının Travmatologiya-ortopediya şöbəsində son bir ildə 100-dən çox endoprotez əməliyyatı icra olunub
20.05.2025 13:01
Ölkəmizdə travmatoloji sahə üzrə xidmət göstərən onlarla xəstəxana, yüzlərlə həkim var. Hər il bu sahə üzrə bir sıra yeniliklər həyata keçirilir ki, onlardan biri də Respublika Klinik Xəstəxanasının Travmatologiya-ortopediya şöbəsi ilə bağlıdır. Bir il bundan əvvəl – 20 may tarixində burada endoprotez əməliyyatlarına başlanılıb.
Aztibb.az TƏBİB-in feysbuk səhifəsinə istinadla xəbər verir ki, Respublika Klinik Xəstəxanasının Travmatologiya-ortopediya şöbəsində son bir ildə 100-dən çox şəxs üzərində endoprotez əməliyyatı uğurla icra olunub.
İcbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində baş tutan əməliyyatlar həm diz, həm də bud-çanaq oynaqlarında uğurla icra olunub. Həyata keçirilən bütün cərrahi müdaxilələr yüksək peşəkarlıqla aparılıb və əməliyyatlar zamanı heç bir ağırlaşma halı qeydə alınmayıb.
Müasir-tibbi avadanlıqlarla təchiz olunan 24 çarpayılıq şöbədə 8 həkim-travmatoloq fəaliyyət göstərir. Şöbədə qısa müddət ərzində çiyin oynağında endoprotez əməliyyatlarına və endoskopik cərrahi müdaxilələrə start verilməsi planlaşdırılır.
Qeyd edək ki, Respublika Klinik Xəstəxanası ilə yanaşı, TƏBİB-in tabeliyində fəaliyyət göstərən digər tibb müəssisələrində də sözügedən istiqamətlərdə çoxsaylı işlər görülür. Hətta regionlarda travmatoloji mərkəzlərin yaradılmasına başlanılıb. Quba Regional Travmatoloji Mərkəzinin ardınca ölkənin digər regionlarında da bu cür mərkəzlərin yaradılması nəzərdə tutulur.
Bu bölməyə aid digər xəbərlər
Təzyiqinizi düzgün ölçürsünüzmü?
22.10.2026 | 15:18
Siqaretdə gizli təhlükə - 10 qutudan 9-da mikroplastik aşkarlanıb
22.10.2026 | 11:41
PROX1 zülalının bloklanması görmə qabiliyyətinin bərpasına ümid yaradır
22.10.2026 | 08:46
Gen terapiyası ümumi xəstəliklərin müalicəsində yeni mərhələ aça bilər
21.10.2026 | 15:54
Süni intellekt fotodan xərçəng xəstələrinin ömür müddətini təxmin edir
21.10.2026 | 11:34
Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunda 24/7 fasiləsiz tibbi xidmət
21.10.2026 | 09:50
Təbiətə virtual tamaşa etməyin beyinə gözlənilməz təsiri araşdırılıb
21.10.2026 | 08:55
Dünya şəhərlərində minlərlə naməlum virus gizlənir
21.10.2026 | 07:51
Yeməkdən sonra 15–20 dəqiqəlik yüngül gəzinti sağlamlığınıza müsbət təsir göstərə bilər
20.10.2026 | 16:42
Əməliyyatda xəstənin bədənində tənzif unuduldu - 2 həkimə məhkəmə iddiası qaldırıldı
20.10.2026 | 13:48
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

