Süd məhsulları şəkərli diabetə qarşı
24.05.2025 09:31

Hindistan və Böyük Britaniyadan olan alimlər uzunmüddətli araşdırmadan sonra müəyyənləşdiriblər ki, süd məhsullarının az miqdarda qəbulu qan şəkərinin sabit qalmasına kömək edə bilər.

 

Aztibb.az xəbər verir ki, eksperimentlərə 30 sağlam insan cəlb olunub və onlar iki qrupa bölünüb. Respondentlər iki həftə ərzində iki fərqli pəhrizlə qidalanıblar. Birinci qrup həm bitki mənşəli qidalar, həm də süd məhsulları (məsələn, qatıq, pendir) qəbul edib - bu, lakto-vegetarian pəhriz adlanır. İkinci qrup isə yalnız bitki mənşəli qidalar və süd əvəzediciləri - tofu, soya südü kimi məhsullarla qidalanıb. Hər iki pəhrizin tərkibində eyni miqdarda kalori, zülal, yağ və karbohidrat olub. Hər bir iştirakçının qan şəkəri səviyyəsi xüsusi cihazlarla gün ərzində 96 dəfə ölçülüb. Bu, alimlərə gün boyu şəkər səviyyəsinin necə dəyişdiyini dəqiq izləməyə imkan verib. Tədqiqatın nəticələri süd məhsulları qəbul edən iştirakçıların qan şəkəri səviyyəsinin daha aşağı və sabit qaldığını göstərib. Onların orqanizmində yağların parçalanmasına və hüceyrələrin qorunmasına kömək edən asetilkarnitin maddəsi daha çox müşahidə edilib. Tamamilə veqan qidalanan şəxslərdə isə fenilalanin adlı maddənin səviyyəsi artıb ki, bu da qlükozanın bədəndə düzgün mənimsənilməsinə mənfi təsir göstərə bilər.

Tədqiqatın nəticələri "Clinical Nutrition" jurnalında dərc olunub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır