Alça ye, cavan qal
18.05.2025 07:13

May ayının gəlişi ilə bazarlarda satışa çıxarılan yaşıl alça təbii antioksidantlarla zəngin olduğu üçün orqanizmi cavanlaşdırır və artıq ziyanlı maddələrdən təmizləyir. Meyvə orqanizm üçün ən vacib vitaminlərdən olan C vitamini mənbəyidir. Bu vitamin orqanizmdə gedən bir çox proseslərdə iştirak edir - immun sisteminin vəziyyətini yaxşılaşdırır, dəriyə müsbət təsir edir, qocalma proseslərini ləngidir.

 

Aztibb.az xəbər verir ki, kalium və maqneziumla da zəngin olan alça bu iki element sayəsində ürək-damar sisteminin fəaliyyətini yaxşılaşdırır. Turşularla zəngin olduğu üçün orqanizmdə olan piyləri parçalayır, xolesterinin və şəkərin səviyyəsini aşağı salır. Bu səbəbdən arıqlamaq istəyənlər üçün alça əla seçimdir. Lakin bəzi xəstəliklər zamanı alçanın qəbulu əks göstəriş sayılır. Belə ki, mədə və onikibarmaq bağırsağı xorası xəstəliyi, qastrit zamanı alçanın qəbulu xəstənin vəziyyətini daha da ağırlaşdıra bilər. Bundan əlavə, onun həddindən çox istehlakı diş emalına mənfi təsir edir, mədədə ağırlıq, köp və s. xoşagəlməz hallara yol açır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır