İstiləşmə və intensiv torpaq istifadəsi arılar üçün ciddi təhlükə yaradır  
17.05.2025 12:07

Almaniyanın Virtsburq Universitetinin alimləri arıların iqlim dəyişikliyi və torpaq istifadəsinin birgə təsirindən xüsusilə zərər çəkdiyini müəyyən ediblər.

 

Aztibb.az ioengineer.org-a istinadla xəbər verir ki, Bavariyada 179 fərqli ərazidə aparılan araşdırma göstərib ki, arıların sayı və müxtəlifliyi isti gecələrdə və şəhər mühitində əhəmiyyətli dərəcədə azalır.

 

Meşəlik sahələrdə isti havaya daha yaxşı uyğunlaşan arılar şəhərlərdə 65% azalma göstərib. İstər gündüz, istərsə də gecə temperaturunun artması gündəlik aktiv olan bu canlıların fiziologiyasına mənfi təsir edir. Alimlər bildirirlər ki, iqlim dəyişmələri ilə torpaq istifadəsinin birgə təsiri yalnız arılara deyil, təbii zərərvericilərlə mübarizə aparan digər həşəratlara da zərbə vurur. Ən yaxşı nəticələr isə təbii və kənd təsərrüfatı sahələrinin birləşdiyi ərazilərdə müşahidə olunub. Tədqiqatçılar ekosistem xidmətlərinin davamlılığı üçün təbii yaşayış mühitlərinin qorunmasının və kənd təsərrüfatı ilə şəhər planlamasında bu amilin nəzərə alınmasının vacibliyini vurğulayırlar.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır