Alkoqol qəbulunu əhəmiyyətli dərəcədə azalda bilən məhsullar tədqiq edilib
11.05.2025 15:32

Dublində keçirilən Avropa Piylənmə Konqresi 2025 çərçivəsində təqdim olunan və “Diabetes, Obesity and Metabolism” jurnalında dərc edilən yeni bir araşdırma çəki vermək məqsədilə liraglutide və ya semaglutide (GLP-1 analoqları) qəbul edən şəxslərin alkoqol istehlakını dörd ay ərzində təxminən üçdə iki nisbətində azaltdığını ortaya qoyub.

 

Aztibb.az “MedicalXpress” portalına istinadla xəbər verir ki, tədqiqat Dublin Universitet Kollecinin professoru Carel le Roux və həmkarları tərəfindən aparılıb. Onlar İrlandiya və Səudiyyə Ərəbistanındakı kliniklarda piylənmə müalicəsi alan pasiyentlər arasında alkoqol qəbulundakı dəyişiklikləri izləyiblər. Araşdırmaya bədən kütlə indeksi (BKİ) ≥27 kq/m² olan 262 nəfər (79 faizi qadın, orta yaş 46, orta çəki 98 kiloqram) daxil edilib. Bu fərdlər alkoqol istifadəsinə görə üç qrupa bölünüb: içməyənlər (11,8 faiz), nadir hallarda içənlər (19,8 faiz) və müntəzəm içənlər (68,4 faiz). 188 iştirakçı orta hesabla dörd ay ərzində müşahidə olunub. Tədqiqat nəticəsində müəyyən edilib ki, heç bir iştirakçı spirtli içki qəbulunu artırmayıb. Əksinə, müalicə müddətində həftəlik spirtli içki istehlakı orta hesabla 11,3 vahiddən 4,3 vahidə qədər azalıb. Xüsusilə müntəzəm içənlər arasında bu göstərici 23,2 vahiddən 7,8 vahidə düşüb ki, bu da 68 faizlik əhəmiyyətli azalma deməkdir. Professor le Roux bildirir ki, bu nəticə Avropada alkoqol istifadəsi pozğunluğunun müalicəsində istifadə edilən nalmefen preparatının təsiri ilə müqayisə oluna bilər. Araşdırmada vurğulanır ki, GLP-1 analoqlarının alkoqol qəbulunu necə azaltdığına dair mexanizm tam aydın deyil. Lakin tədqiqatçılar bu təsirin beynin subkortikal sahələrində yaranan alkoqola qarşı istəyi tənzimləməklə şüurlu davranışdan kənar mexanizmlərlə əlaqəli ola biləcəyini düşünürlər. Xəstələrin təsvirinə görə, bu təsir “çətinliksiz” şəkildə özünü göstərir. Tədqiqatın məhdudiyyətləri arasında iştirakçı sayının nisbətən az olması, alkoqol qəbulunun öz-özünə bildirilən məlumatlara əsaslanması və nəzarət qrupunun mövcud olmaması qeyd olunur. Bununla belə real klinik şəraitdə aparılan müşahidələrin və məlumatların perspektiv toplanmasının tədqiqatın güclü tərəfləri olduğu vurğulanır.

 

Nəticə olaraq, professor le Roux qeyd edir ki, GLP-1 analoqları yalnız piylənmənin müalicəsində deyil, eyni zamanda, onunla əlaqəli digər problemlərin, o cümlədən alkoqol qəbulunun azaldılmasında da ümidverici nəticələr göstərir və bu istiqamətdə tədqiqatlar davam etdirilməlidir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır