Tibbi AKSİYA: “Heydər Əliyev irsinə sağlam töhfə” 
11.05.2025 11:47

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə “Heydər Əliyev isinə sağlam töhfə” adlı tibbi aksiya həyata keçirilib.

 

Naxçıvan MR Səhiyyə Nazirliyindən Aztibb.az-a verilən xəbərə görə, aksiya çərçivəsində Türkiyə Respublikasından dəvət olunmuş peşəkar uzman-həkimlərin iştirakı ilə vətəndaşlara ixtisaslaşdırılmış tibbi xidmətlər göstərilib.

 

Aksiya zamanı Naxçıvan Muxtar Respublikası səhiyyə naziri Samiq Sadıxov həkimlərlə görüş keçirərək, onların fəaliyyətini yüksək qiymətləndirib, əməkdaşlığın əhəmiyyətini vurğulayıb və gələcəkdə bu kimi təşəbbüslərin davam etdirilməsinin vacibliyini qeyd edib.

 

Tibbi aksiya çərçivəsində 650-dən çox vətəndaş müxtəlif ixtisaslar üzrə müayinə olunub, onlara müvafiq tibbi məsləhətlər və müalicə təklif olunub. Aksiya əhalinin sağlamlığının qorunması və tibbi xidmətlərə çıxış imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

 

ÇOX OXUNANLAR
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
Vətən müharibəsi şəhidinin məzarı ziyarət olunub
Həkim karyerası boyu bu şişlərə cəmi bir neçə dəfə rast gələ bilər – Onkoloq nadir xərçəng növlərini açıqlayıb
                  İnsultdan sonra nitqdə qeyri-adi dəyişiklik - Beyin dil bacarıqlarına təsir edir?                      
 Milli Onkologiya Mərkəzdə Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib   
Dodaq uçuğuna səbəb olan virus beynin immun müdafiəsini zəiflədə bilər
Tez-tez nəcis ifrazı istəyi proktitin əlaməti ola bilər
“Həkimlərimizi tanıyaq!
Dəmir yolu vağzalında keçirilən tibbi aksiyada 250 nəfər oftalmoloji müayinədən keçirilib
Yeni Klinika reabilitasiya xidmətlərini Almaniya təcrübəsi əsasında inkişaf etdirir