Kompüter, planşet və telefondan istifadə edən uşaqlarda gözqırpma sayı azalır
24.07.2020 18:00

Texnologiyalar uşaqların gözünə təsirsiz ötüşmür.

 

Saatlarla telefona və ya kompüterə baxan balacalar sonralar onun fəsadları ilə üzləşirlər. Azyaşlıların müasir texnologiyalardan istifadəsi məsləhət görülməsə də, məktəbyaşlı uşaqlar kompüterdən yararlana bilərlər. Bu zaman hər yarım saatdan bir 15 dəqiqə fasilə verməklə uzaq məsafəyə baxaraq gözə istirahət vermək məsləhətdir.

 

Həkimlərin dediyinə görə, televizor qarşısında həddindən çox vaxt keçirən və planşetdən istifadə edən uşaqlarda görmə qabiliyyəti zəifləyir. Ümumilikdə isə 2 yaşa qədər uşaqların telefondan istifadə etməsi məsləhət deyil.

 

Aztibb.az xəbər verir ki, Respublika Neyrocərrahiyyə Xəstəxanasının həkim-oftalmoloqu Gültəkin Məmmədova deyib: “Uşaqlar normal halda bir dəqiqədə gözlərini 16-18 dəfə qırpmalıdır. Kompüter, planşet və telefondan istifadə edən uşaqların gözqırpma sayı azalaraq 10 dəfəyə qədər düşür, eyni zamanda, gözdə quruluq, qaşınma, diskomfort və yaşarma hallarına rast gəlinir”.

 

Göz ətraf təsirə qarşı ən həssas orqan olduğuna görə həkimlər valideynlərə diqqətli olmağı məsləhət görürlər. Uşaqların əl gigiyenasına, eləcə də onların telefon və planşetlərdən istifadəsinə diqqət yetirməlidir.

 

Təcrübə göstərir ki, uşaqlar arasında göz tənbəlliyi, çəpgözlük, miopiya, hiperopoya və astiqmatizm kimi göz xəstəlikləri üstünlük təşkil edir. Ona görə ildə bir dəfə onların gözlərini müayinə etmək tövsiyə olunur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır