Yaponiyalı tədqiqatçılar milli tibbi lisenziya imtahanından uğurla keçə bilən generativ süni intellekt sistemi hazırlayıblar
06.05.2025 10:38

Yaponiyanın Hökumətin Milli İnformatika İnstitutunun (NII) tədqiqatçıları milli tibbi lisenziya imtahanından uğurla keçə bilən generativ süni intellekt sistemi hazırlayıblar.

 

Aztibb.az medimagazin.com.tr-yə istinadla xəbər verir ki, “Böyük Dil Modeli” (LLM) sinifli süni intellekt sistemi 700.000-dən çox lisenziyalı tibbi məqalə, məşhur tibbi internet saytlarından 16 milyon sənəd və dərsliklərdən ibarət hərtərəfli məlumat toplusundan istifadə etməklə öyrədilib. Milli tibbi lisenziya imtahanında “uğur həddini keçə” bilən sistem qlobal miqyasda hazırlanmış LLM modelləri arasında ən yüksək ballardan birinə çatıb.

 

Bildirilib ki, universitetlər, elmi-tədqiqat institutları və özəl şirkətlər də daxil olmaqla 40-a yaxın təşkilatla birgə istehsal edilən süni intellekt sistemi ilkin müayinə nəticələrinə əsasən mümkün diaqnozları təklif edə bilər. NII layihəsi çərçivəsində yeni sistemin kliniki müalicəni dəstəkləmək və əməliyyat səmərəliliyini artırmaq üçün istifadə edilməsi planlaşdırılır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır