İnsanlarda emosional vəziyyəti orqanizmdə müəyyən vitamin və mineralların çatışmazlığı törədə bilər
30.04.2025 11:44

İnsanda narahatlıq yaradan səbəb çoxdur. Emosional vəziyyəti isə orqanizmdə müəyyən vitamin və mineralların çatışmazlığı törədə bilər.

 

Aztibb.az xəbər verir ki, bu barədə psixiatr Yekaterina Safranovanın fikirləri maraqlıdır.

 

Həkim bildirib ki, vitamin çatışmazlığı sinir sisteminin fəaliyyətini pozur, narahatlığı artırır, panik atak və hətta depressiyaya səbəb olur. Bu halları aradan qaldırmaq üçün D vitamini son dərəcə vacibdir. O, serotonin və dofaminin sintezində iştirak edir. D vitamini çatışmazlığı ürək-damar, endokrin və hətta neyrodegenerativ xəstəliklər də daxil olmaqla, bir sıra nasazlıqlar yaradır. Azlığı mövsümi depressiya, xroniki yorğunluq, yuxululuq və narahatlıq da gətirir. Həkim D vitamini çatışmazlığının əlamətləri arasında yuxu pozğunluğu, əzələ zəifliyi, tez-tez baş verən soyuqdəymələri də qeyd edib.

 

Psixiatrın sözlərinə görə, B qrup vitaminlərin (B6, B9, B12) çatışmazlığı isə əsəbilik yaradır. B6 vitamini beyinin həddindən artıq həyəcan, B9 və B12 isə depressiya riskini azaldır. Bu vitaminlər çatmayanda əsəbilik, başgicəllənmə, əl-ayaqda uyuşma, yaddaşsızlıq əmələ gəlir.

 

Maqnezium çatışmazlığı həyəcana reaksiyanı artırır. Sink azlığında insan tez-tez infeksiyalara yoluxur, saç tökülür, yaralar gec sağalır.

 

Psixiatrın tövsiyəsinə görə, bu vitamin və mineralların çatışmazlığını müəyyən etmək üçün qanda D, B6, B9, B12 vitaminləri və sinkin miqdarı yoxlanmalıdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır