Arıqlama inyeksiyaları ürək və əzələ sağlamlığını təhlükə altına alır - TƏDQİQAT
06.05.2025 17:40

Arıqlamaq istəyənlərin tez-tez üstünlük verdiyi arıqlama iynələri nəzarətsiz istifadə nəticəsində ciddi sağlamlıq problemlərinə səbəb olur. Xüsusilə sosial media və məşhurlar dünyasında sürətlə yayılan bu üsul üz, əl və ayaqlarda əzələ itkisi, sifətin çökməsi kimi ciddi yan təsirləri ilə gündəmə gəlir.

 

Aztibb.az-ın medimagazin.com.tr-yə istinadla xəbərinə görə, mütəxəssislər arıqlama inyeksiyalarının ürək ritminin pozulması, həzm sistemi problemləri, mədə və bağırsaq ağrıları, əzələ atrofiyası kimi ciddi sağlamlıq problemlərinə yol açdığını vurğulayırlar. Mütəxəssis nəzarəti olmadan istifadə edilən bu dərmanlar qan şəkəri balansının pozulması və pankreas funksiyalarının pozulması kimi risklər dəgətirir.


Endokrinologiya və Metabolik Xəstəliklər Mütəxəssisi, prof. Ela Keskin arıqlama inyeksiyalarının nəzarətsiz istifadəsinin "Ozampik üzü" olaraq bilinən üzdə sallanma görünüşünə səbəb olduğunu bildirib: "Bu iynələr qəfil əzələ parçalanmasına, qan şəkərinin aşağı düşməsinə və həzm problemlərinə səbəb ola bilər". 

 

Mütəxəssislərin fikrincə, arıqlama inyeksiyaları yalnız bədən kütləsi indeksi (BKİ) 30-dan yuxarı olan kök insanlarda və ya əlavə xəstəlikləri olan və 35-dən yuxarı BKİ olan xəstələrdə istifadə edilməlidir.

Diabet və piylənmənin müalicəsi üçün hazırlanmış bu dərmanların hər kəs üçün əlçatan olması sağlamlıq üçün böyük risk yaradır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır