Yüksək dozada kofein sağlamlıq üçün ciddi fəsadlar yaradır
07.05.2025 10:35

Mütəxəssislər yüksək dozada kofein istehlakının ürək ritminin pozulması, narahatlıq və dölün inkişafı kimi ciddi sağlamlıq riskləri yarada biləcəyini qeyd ediblər.

 

Aztibb.az xarici mətbuata istinadla xəbər verir ki, Almaniya Federal Riskin Qiymətləndirilməsi İnstitutundan (BfR) bioloq Anke Ehlers kofein istehlakı ilə bağlı qiymətləndirmə edib. O, orta səviyyədə kofein qəbulunun stimullaşdırıcı və müsbət təsir göstərə biləcəyini, lakin yüksək dozaların tərləmə, narahatlıq və ürək ritminin pozulmasına səbəb ola biləcəyini söyləyib.

 

"Kofein hamiləlik dövründə dölün inkişafına mənfi təsir göstərə bilər. Xüsusilə qida əlavələrindən alınan yüksək dozada kofein ölümcül ola bilər", - deyə Ehlers bildirib.


Bioloq qeyd edib ki, 200 milliqrama qədər kofeinin bir dozası (təxminən iki fincan qəhvə və ya dörd stəkan çaya bərabərdir) sağlam yetkinlər üçün təhlükəsiz hesab olunur. Ancaq fərdi həssaslıq fərqli ola bilər. Məsələn, tolerantlıq müntəzəm istehlakçılarda zamanla inkişaf edə bilər. Uşaqlar və yeniyetmələr üçün təhlükəsiz kofeinin miqdarı bədən çəkisi ilə müəyyən edilir. Buna uyğun olaraq, bir uşağın gündə hər kiloqram bədən çəkisi üçün 3 milliqram kofein istehlak etməsi tövsiyə olunur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır