Kimlər qara çaydan imtina etməlidir?
06.05.2025 12:16

Qara çay dünyanın ən məşhur içkilərindən biridir. Tərkibindəki kofein sayəsində insana enerji verən bu içki antioksidantlarla zəngin olduğu üçün immuniteti artırır, orqanizmin qocalma prosesini ləngidir. Lakin onun mütəmadi qəbulu bəzi insanların sağlamlığına ciddi təhlükə yarada bilər. Bəs kimlər bu içkidən uzaq durmalıdır?

 

Aztibb.az-ın məlumatına görə, bu, ilk növbədə ürək-damar və sinir sistemi xəstəliklərindən əziyyət çəkənlərə aiddir. Tünd dəmlənmiş qara çay sinir sistemində həddindən artıq oyanıqlıq yaradır ki, bu da təzyiqin artmasına və ürək-damar sisteminin fəaliyyətinin pozulmasına səbəb ola bilər. Bu vəziyyət fizioloji olaraq belə baş verir: böyrəküstü vəzilər stress hormonları ifraz edir və təzyiqi artırır, beyinə qan axını güclənir, damarlar daralır, beləliklə, ürək oksigeni çatdırmaq üçün daha sürətli döyünməyə başlayır. Mütəxəssislər ona alternativ içki kimi yaşıl çayı tövsiyə edirlər. Çünki bu içkinin tərkibi antioksidantlarla zəngin olduğundan immun sisteminə müsbət təsir göstərir. Bundan əlavə, tərkibindəki katexinlər sayəsində həzm sistemini tənzimləyir və bədəndəki maye balansını qoruyur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır