Gündə üç dəqiqəlik orta fiziki fəaliyyət ürək-damar xəstəlikləri riskini azalda bilər
06.05.2025 11:47

Böyük Britaniya və Avstraliyada fəaliyyət göstərən bir qrup tədqiqatçılar yaşlı insanlar üçün gündə cəmi üç dəqiqəlik orta intensivlikdə təsadüfi fiziki fəaliyyətin infarkt kimi ürək-damar xəstəlikləri və ölüm riskini əhəmiyyətli dərəcədə azalda biləcəyini müəyyən ediblər.

 

Aztibb.az www.healio.com portalına istinadla xəbər verir ki, tədqiqatın nəticələri “Circulation” jurnalında dərc olunub.

 

Tədqiqatçılar 24 min 139 nəfərin (orta yaş 62) 2013–2015-ci illərdə toplanmış məlumatlarını təhlil ediblər. İştirakçılar ən azı yeddi gün ərzində biləklərində akselerometr cihazı taxıb və özlərini idmanla məşğul olmayan fərdlər kimi təqdim ediblər. Analiz nəticəsində gündəlik həyatın bir hissəsi olan – ev işi görmək, alış-veriş etmək və ya ot biçmək kimi orta dərəcədə fəaliyyətlərin belə ürək-damar sağlamlığı üçün faydalı olduğu ortaya çıxıb.

 

Nəticələr göstərib ki, müntəzəm olaraq gündə ən azı üç dəqiqə orta intensivlikdə təsadüfi fəaliyyətlə məşğul olan şəxslər infarkt, insult və digər ürək-damar xəstəliklərinə məruz qalma və ya bu səbəbdən ölüm ehtimallarını azaldırlar. Bundan əlavə, gender fərqləri müşahidə olunub: kişilərin qadınlara nisbətən daha az təsadüfi fəaliyyət göstərdiyi müəyyənləşib. Eyni zamanda, fəaliyyətlərin sayı və intensivliyi artdıqca ürək-damar sağlamlığında daha böyük müsbət dəyişikliklər qeydə alınıb.

 

Tədqiqat qrupu vurğulayıb ki, yaşlandıqca çölə çıxıb idmanla məşğul olmaq imkanı məhdudlaşsa da insanlar ev işləri, bağçılıq və digər gündəlik fiziki fəaliyyətlər vasitəsilə ürək-damar xəstəlikləri riskini azaltmağa davam edə bilərlər. Əsas tövsiyə isə hər gün bir neçə qısamüddətli orta intensivlikdə fiziki fəaliyyətə zaman ayırmaqdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır