Çində alkoqolizmdən qurtulmaq üçün çip implantasiyası əməliyyatı keçirilib
24.04.2025 15:43

Çinin şərqində yerləşən Anhoy vilayətinin Fuyan şəhərindəki xəstəxana regionda ilk dəfə alkoqol asılılığının müalicəsi məqsədilə implant yerləşdirmə əməliyyatı həyata keçirdiyini bildirib.

 

Aztibb.az www.chinadaily.com-a istinadla xəbər verir ki, bu cihaz spirtli içkilərə qarşı psixoloji asılılığı azaldan dərman olan naltreksonla dolu kapsullardan ibarətdir.

 

Çip soya dənəsi ölçüsündə 10 qranuldur və qarın nahiyəsində dərialtı piy təbəqəsinə kiçik bir kəsiklə yerləşdirilir. Kapsullar tədricən naltrekson hidrokloridi ifraz edir, bu maddə isə beyindəki opioid reseptorlarını bloklayır. Effekt 4 saat ərzində hiss olunur və altı aydan artıq müddətdə davam edir, beləliklə residiv riskini azaldır.

 

Əməliyyat olunan şəxs gündəlik olaraq 0,5–1 litr güclü spirtli içki qəbul edirdi ki, bu da aqressiya və ailədaxili münaqişələrə səbəb olurdu. İyirmi il ərzində o, 9 dəfə xəstəxanada müalicə almış, lakin nəticə əldə edə bilməmişdi. Əməliyyatdan sonra onun spirtə olan meyli xeyli azalıb. Bu cür implantlara sahib digər pasiyentlər də bildiriblər ki, artıq alkoqolun qoxusu belə onlarda iyrənmə hissi yaradır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır