Dünyanın ən çirkli havası olan şəhərinin sakinləri tənəffüs yolları xəstəlikləri ilə mübarizə aparır  
22.04.2025 11:32

İsveçrənin “IQAir” qrupunun dünyanın ən çirkli metropolu adlandırdığı Hindistanın Birnihat şəhərinin sakinləri tənəffüs yolları xəstəlikləri ilə mübarizə aparır.

 

Aztibb.az xəbər verir ki, “IQAir”in məlumatına görə, 2024-cü ildə Birnihatda PM2.5-in orta illik konsentrasiyası hər kubmetr üçün 128,2 mikroqram təşkil edib ki, bu da ÜST-nin tövsiyə etdiyi səviyyədən 25 dəfə yüksəkdir.

 

Şimal-şərqdəki Assam və Meqhalaya əyalətlərinin sərhədində yerləşən və yamyaşıl təbii gözəllikləri ilə tanınan sənaye şəhərinin sakinləri respirator viruslarının təsirinə məruz qalırlar. Həkimlər böyük ehtimalla bildirirlər ki, bu xəstəliklər havanın yüksək səviyyədə çirklənməsi ilə əlaqəlidir.

 

Hökumətin məlumatına görə, bölgədə respirator infeksiyaların sayı 2022-ci ildəki 2082-dən 2024-cü ildə 3681-ə yüksəlib.

 

Birnihat şəhərinin ilk tibbi yardım Mərkəzinin həkimi C.Marak bildirib ki, hər gün qəbul etdiyi pasiyentlərin 90 faizi ağır öskürək və başqa tənəffüs problemlərindən əziyyət çəkir. Yerli sakinlər isə qeyd edirlər ki, zəhərli hava həm də dəridə səpkilərə və gözlərin acışmasına səbəb olur, eyni zamanda, məhsula zərər verir və gündəlik işlərin yerinə yetirilməsini, hətta paltarların açıq havada qurudulmasını əngəlləyir.

 

Analitiklərin sözlərinə görə, Birnihatda olan vəziyyət təkcə Hindistan şəhərlərinə, o cümlədən paytaxta deyil, həm də daha kiçik qəsəbələrə təsir edən daha geniş çirklənmə tendensiyasını əks etdirir, çünki sürətli sənayeləşmə ekoloji təhlükəsizliyə xələl gətirir.

 

Bununla belə, hökumətin məlumatına görə, ölkənin hər qış mövsümündə çirklənmə ilə üzləşən digər bölgələrindən fərqli olaraq, Birnihatda havanın keyfiyyəti bütün il boyu aşağı olaraq qalır. Mütəxəssislər şəhərdə 80-ə yaxın sənaye müəssisəsinin cəmləşdiyini və onların bir çoxunun ətraf mühiti güclü şəkildə çirkləndirdiyini bildirirlər. Problem ağır nəqliyyat vasitələrinin tullantıları və qövs formalı ərazi kimi digər amillərlə daha da mürəkkəbləşir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır