Hamiləlik dövründə həm az, həm də çox su istehlakı zərərlidir
21.04.2025 15:18

Türkiyənin Zonguldak Bülent Ecevit Xəstəxanası Qadın Xəstəlikləri və Doğum Kliniği rəhbəri prof. Müge Harma balanslı su istehlakının əhəmiyyətinə işarə edərək, hamiləlik dövründə çox az və ya çox su istehlakının bəzi problemlərə səbəb ola biləcəyini bildirib.

 

Aztibb.az-ın medimagazin.com.tr-yə istinadla məlumatına görə, M.Harma hamiləlik dövründə su istehlakının ana və körpənin sağlamlığı üçün əhəmiyyətli olduğunu deyib.

 

Su istehlakının hava istiliyi və hamilə qadının çəkisi kimi faktorlara görə dəyişə biləcəyinə diqqət çəkən Harma, qeyd edib ki, hamiləliyin ikinci və üçüncü dövründə normadan çox su istehlakına ehtiyac var. Bu, körpənin inkişafı üçün son dərəcə önəmlidir. Çünk,i anadan körpəyə keçən qidalar bu miqdarda maye ilə çox bağlıdır.

 

Harma bildirib ki, hamilə qadının istehlak etdiyi miqdar dəyişə bilsə də, gündə orta hesabla 2,5-3 litr su içmək lazımdır. O, çay, meyvə şirəsi, ayran kimi "rəngli içkilər"in suyun qarşılığı ola bilməyəcəyinə vurğulayıb: "Orqanizm maye ehtiyacının bir hissəsini buradan qarşılaya bilər, ancaq xalis maye ehtiyacı dedikdə gündə 8-12 stəkan su qəbul etmək lazımdır".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır