Yazda allergiya – qoyma qalsın yaya  
27.04.2025 09:04

Yaz ayları təbiətin canlandığı, rəngarəng çiçəklərin açdığı bir fəsil olsa da, bəzi insanlar üçün çətin dövr sayılır. Havada tozcuqların bol olması allergiya şikayətlərini artırır.

 

Burun tutulması, asqırma, göz qaşınması kimi əlamətlər də tez-tez qarşılaşılan problemlərdəndir. Allergiya, əslində, orqanizmin çiçək tozcuqlarına reaksiyasıdır və təəssüf ki, bu vəziyyət yaz boyu, xüsusilə aprel və may aylarında davam edir.

 

Aztibb.az xəbər verir ki, fitoterapevtlərin fikrincə, bəzi bitki çayları və yağlar allergiya ilə bağlı simptomları azaldır.

 

Qaynar suya 1–2 damcı nanə yağı əlavə edib buxarı ilə nəfəs almağın xeyri var.

 

Zəncəfil allergiya nəticəsində yaranan iltihabı azaltmağa kömək edir və tənəffüs yollarını açır. Təzə zəncəfil nazik dilimlərə kəsilib qaynar suya əlavə edilir. 10–15 dəqiqə dəmlənir. Bu çaydan gündə 1–2 stəkan içmək faydalıdır.

 

Lavanda sakitləşdirici təsiri ilə həyəcanı azaltmaqla yanaşı, allergiyanın yaratdığı narahatlığı da aradan qaldıra bilər. Lavanda çayı hazırlamaq üçün qaynar suya bitkinin bir neçə çiçəyi əlavə edilib 10 dəqiqə dəmlənir. Bu çay gündə 1–2 stəkan içilir.

 

Sarımsaq immun sistemini gücləndirən və allergik simptomları aradan qaldıran güclü antibiotikdir. Təzə sarımsaqdan gündə 1–2 diş yemək faydalıdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır