Gündə neçə saat televizor izləmək təhlükəsizdir?
21.04.2025 07:49

Honq-Konq Universitetindən olan alimlər belə qənaətə gəliblər ki, infarkt, insult və aterosklerozdan qorunmaq üçün televizor seyr etmə müddətini gündə bir saatla məhdudlaşdırmaq lazımdır.

 

Aztibb.az-ın məlumatına görə, ateroskleroz damarların divarlarında yağlı "lövhələrin" əmələ gəlməsi nəticəsində inkişaf edir. Bu isə zamanla ürək xəstəlikləri, insult və periferik arteriya xəstəliklərinə yol aça bilər. II tip şəkərli diabet və oturaq həyat tərzi aterosklerotik ürək-damar xəstəlikləri üçün əsas risk faktorlarıdır. İnsanlar xüsusən də oturaq vəziyyətdə televizor izləməklə çox vaxt keçirirlər. Elm adamları sağlamlığa zərər vermədən televizor izləməyin nə qədər mümkün olduğunu müəyyənləşdirmək üçün II tip şəkərli diabetə genetik meyilləri olan təxminən 346 min nəfərin biomarkerlərini araşdırıblar. Nəticələr göstərib ki, gündə iki saatdan çox televizor qarşısında vaxt keçirənlər aterosklerotik ürək-damar xəstəliklərindən 12 faiz daha çox əziyyət çəkirlər. Eyni təsir diabetə meyilli insanlarda da müşahidə edilib. Onlar gündə bir saatdan çox televizora baxmadıqları təqdirdə, aterosklerozun inkişaf riski artmayıb.

 

Alimlər bildiriblər ki, oturma müddətinin azaldılması sağlamlığın yaxşılaşdırılması üçün mühüm vasitədir. Belə faydalı vərdişlər "pis genetikanın" mənfi təsirini neytrallaşdıra bilər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır