Qadınlarda yumurtalıq xərçəngi riskini azaldan əməliyyat icbari tibbi sığorta təminatına daxildir
17.04.2025 15:41

Bəzi ginekoloji xəstəliklər qadın sağlamlığını ciddi şəkildə pozur və bu hallarda cərrahi  əməliyyatların icrası zəruri olur. İri kistalar, şişlər, yumurtalığın burulması, uşaqlıq borularının (fallop borularının) irinli-iltihabi prosesləri, endometrioz və ya boru hamiləliyi kimi vəziyyətlərdə yumurtalıq və ya uşaqlıq borularının çıxarılmasına ehtiyac yarana bilər.

 

Aztibb.az-a  İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib ki, yumurtalıq və boruların çıxarılması üçün aparılan cərrahi müdaxilələr icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində təminata daxildir. Əməliyyatın məqsədi pasiyentin ümumi sağlamlığını qorumaq, yumurtalıq xərçənginin yayılmasının və digər ciddi ağırlaşmaların qarşısını almaqdır. Ötən il ərzində icbari tibbi sığorta hesabına yumurtalıq və boruların çıxarılması üzrə 5055 cərrahi müdaxilə icra olunub.

 

Yumurtalıq və boruların çıxarılması üçün müxtəlif cərrahi üsullar mövcuddur. Laparoskopik üsul daha az invaziv metod hesab edilir və ön qarın divarında kiçik kəsiklər açılaraq kamera nəzarətində həyata keçirilir. Bu metod minimal ağrı və daha sürətli sağalma müddəti ilə seçilir. Daha mürəkkəb hallarda isə açıq cərrahi üsul (laparotomiya) tətbiq olunur. Bu zaman qarın divarında daha böyük kəsik açılaraq əməliyyat icra edilir. Əgər yumurtalıqlar uşaqlıqla birlikdə çıxarılırsa, bəzi hallarda vaginal yolla əməliyyat da tətbiq edilə bilər.

 

Sözügedən tibbi xidmətlə bağlı ambulator və stasionar şəraitdə aparılan instrumental və laborator müayinələr, reanimasiya və stasionarda yatış, yatış və əməliyyat zamanı istifadə olunan dərman və tibbi sərf, o cümlədən,  yatış müddətində manipulyasiyalar, qan və ya qan komponentləri icbari tibb sığorta tərəfindən qarşılanır.

 

Laparoskopik əməliyyatdan sonra pasiyent bir neçə gün ərzində normal həyat fəaliyyətinə qayıda bilər. Açıq əməliyyatdan sonra isə sağalma müddəti bir qədər uzun çəkir.

 

Əməliyyat qadının hormonal balansına təsir edə bilər, lakin bu dəyişikliklər həkim nəzarətində izlənilir və müvafiq müalicə tədbirləri ilə idarə olunur. Nəticədə pasiyentin sağlamlığı və həyat keyfiyyəti qorunur.

 

İcbari tibbi sığorta çərçivəsində bu cərrahi müdaxilələr ixtisaslı həkim təyinatı və tibbi göstəriş əsasında qarşılanır. Vətəndaşlar ilkin olaraq ginekoloqa müraciət etməli, müvafiq müayinələrdən keçməli və əməliyyata ehtiyac olduğu halda həkimin göndərişi ilə cərrahi müdaxiləyə cəlb olunmalıdır.

 

Sözügedən əməliyyat icbari tibbi sığorta hesabına TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində, Səhiyyə Nazirliyinin müvafiq elmi-tədqiqat institutlarında və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqavilə bağladığı tibb müəssisələrində (özəl və müvafiq dövlət orqanlarının tabeliyindəki) icra olunur.

ÇOX OXUNANLAR
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
 17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günüdür   
Azərbaycan tibbində növbəti uğur: Səhiyyə Nazirliyi Bakı Sağlamlıq Mərkəzinin Aritmologiya bölməsi beynəlxalq akkreditasiya alıb
 Birinci Moskva Dövlət Tibb Universitetinin tələbələri narkomaniya ilə mübarizəyə dair maarifləndiriliblər   
Mərkəzi Klinika vakansiya elan edir
ATU-nun Əczaçılıq toksikologiyası və kimya kafedrası əməkdaşlarının ixtirasına Avrasiya Patenti verilib
Ayağında geniş toxuma zədələnməsi yaranan pasiyentdə mürəkkəb rekonstruktiv əməliyyat uğurla icra olunub
Ölkəmizdə ilk dəfə tətbiq edilən texnologiyaya həsr olunuş elmi simpozium keçirildi - MR-Fusion Prostat Biopsiyası
 Sabunçu Tibb Mərkəzində Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib   
Gəncədə Dünya Allergiya Həftəsi ilə bağlı tədbirlər təşkil olunur
 TƏBİB kollektivi Fəxri xiyabanı ziyarət edib   
Bu ilin yanvar-may aylarında 18 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib
Səhiyyə Nazirliyi Tibb İşçilərinin Peşə Bayramı Gününü qeyd edib
Nizami Tibb Mərkəzi onlayn növbə sistemi aktivləşdirilən 4-cü müəssisə oldu
Səhiyyə sahəsində səmərəli fəaliyyət göstərən bir qrup tibb işçisi təltif edilib - Pirallahı Tibb Mərkəzində