Süni dadlandırıcılar beyində aclıq hissini artıra bilər
05.04.2025 11:13

 

Yeni tədqiqat nəticələri göstərir ki, süni dadlandırıcı sukraloza (ticarət adı ilə Splenda) beynin iştaha və qida istəyi ilə bağlı hissəsinə təsir edərək aclıq hissini artıra bilər.

 

Aztibb.az amp.cnn.com-a istinadla xəbər verir ki, Cənubi Kaliforniya Universitetindən endokrinoloq Kathleen Alanna Peyc və onun komandası tərəfindən aparılan bu araşdırmada 18 yaşdan 35 yaşa qədər olan 75 nəfər iştirak edib. İştirakçılar üç fərqli gün müxtəlif içkilər qəbul ediblər: biri sukraloza, digəri təbii şəkər (saxaroza), üçüncüsü isə sadə su tərkibli olub. Hər içkidən sonra iştirakçıların qan testləri aparılıb və beyin aktivliyi MRT vasitəsilə izlənilib.

 

Tədqiqatın nəticələrinə əsasən, saxaroza (təbii şəkər) qəbul edildikdə hipotalamusda qan axını azalıb və bu, iştirakçılarda aclıq hissinin azalması ilə müşayiət olunub. Sukraloza qəbul edildikdə isə əks təsir müşahidə olunub, yəni hipotalamusda qan axını artmış və iştirakçılar daha çox aclıq hiss etdiklərini bildiriblər. Sukraloza istehlakı, qanda şəkərin səviyyəsini tənzimləyən hormonların (məsələn, insulin və GLP-1) aktivliyində də dəyişikliklərə səbəb olub. Tədqiqatçılar hesab edirlər ki, sukraloza bədənin qida qəbuluna verdiyi siqnalları poza bilər. Təbii şəkər (saxaroza) qəbul edildikdə orqanizm kalori qəbul etdiyini anlayır və buna uyğun hormon reaksiyası verir. Lakin süni dadlandırıcılar kalori təmin etmədiyi üçün beynin metabolik siqnalları ilə real enerji balansı arasında uyğunsuzluq yaranır. Bu isə uzunmüddətli dövrdə bədənin daha çox qida istəməsinə səbəb ola bilər.

 

Bu araşdırma süni dadlandırıcıların piylənmə və metabolik xəstəliklərə potensial təsiri ilə bağlı narahatlıqları artırır. Əvvəlki tədqiqatlar sukralozanın bağırsaq mikroflorasına mənfi təsir göstərə biləcəyini, qlükoza balansını poza biləcəyini, hətta DNT zədələnməsi ilə əlaqəli ola biləcəyini göstərib.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır