Ağciyər xəstəliyinin diaqnostikasını dəyişmək üçün süni intellekt əsaslı cihaz hazırlanıb
31.03.2025 13:15

Böyük Britaniyada ağciyər xəstəliyinin diaqnostikasını dəyişmək üçün yeni, süni intellekt əsaslı cihaz təqdim olunub.

 

Aztibb.az news.sky.com-a istinadla xəbər verir ki, “N-Tidal Diagnose” adlanan portativ cihazın Milli Səhiyyə Xidmətinə (NHS) həm diaqnostikanı sürətləndirməyə, həm də xərcləri azaltmağa kömək edəcəyi gözlənilir.

 

İndiyə qədər bu xəstəliyin təsdiqi üçün xəstədən zorla nəfəs verməsini tələb edən spirometriya testi tələb olunurdu. Bu testə hazırlaşmaq və onu həyata keçirmək üçün 30 dəqiqə və ya daha çox vaxt tələb olunurdu. Üstəlik, xəstənin öncədən görüş təyin etməsi də lazım gəlirdi.

 

Yeni cihaz isə bu prosesi sadələşdirir. Pasiyent cihazın ağızlığına sadəcə normal şəkildə nəfəs verir. Cihaz nəfəsdəki karbon dioksidi qeydə alır və məlumatları platformata göndərir. Burada süni intellekt proqramı həmin məlumatları real vaxtda təhlil edir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır