Ağciyər xərçəngi xərçənglə bağlı ölümlər arasında birinci yerdədir
27.03.2025 10:20

Son illər xüsusilə COVID-19 xəstəliyini ağırlaşmış şəkildə keçirən insanlar və mütəmadi olaraq siqaret istifadə edən şəxslər arasında ağciyər xərçəngi diaqnozunun qoyulduğu hallar artmaqdadır. Təəssüf ki, bu göstərici artıq həm kişilər, həm qadınlar arasında müşahidə olunmaqdadır.

 

Aztibb.az-ın məlumatına görə, CYFRA 21-1 (Sitokeratin 19 fraqmenti) testi ağciyər, qida borusu və sidik kisəsi xərçənglərinin diaqnostikasında və monitorinqində istifadə olunan spesifik onkomarkerlərdən biridir. CYFRA 21-1 testi xüsusilə skuamoz hüceyrəli ağciyər xərçəngi üçün ən yüksək həssaslığa malikdir.

 

Bronxların xərçəngində CYFRA 21-1 testinin həssaslığı, daha öncə istifadə olunan CEA və SCC kimi digər markerlərlə müqayisədə çox yüksəkdir.

 

CYFRA 21-1 və CA 15-3 birgə təyini süd vəzi xərçənginin mərhələlərinin dəyərləndirilməsində də mühüm əhəmiyyət kəsb edir.

 

CYFRA 21-1 testi NSCLC (kiçik hüceyrəli olmayan ağciyər xərçəngi) diaqnostikasında spesifik onkomarker sayılır.

Lakin test nəticələri bədxassəli xəstəliyin olub-olmamasının diaqnozunun qoyulmasında tək test kimi dəyərləndirilə bilməz.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Anestezioloq-reanimatoloq Emil Muradov -
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib