Nəfəs borusuna qida düşdükdə və boğulma baş verdikdə nə etməli? 
04.03.2025 20:12

Xətai Tibb Mərkəzinin Təcili Tibbi Yardım şöbəsinin müdiri Fuad Ağayev nəfəs borusuna qida düşərsə və boğulma baş verərsə bu zaman göstəriləcək ilk yardımla bağlı Aztibb.az-a məlumat verib.

 

Fuad Ağayev bildirib ki, qida nəfəs borusunu natamam və tam tuta bilər. Natamam tıxanma zamanı xəstəyə müdaxilə edilməz, öksürməsi istənər. Tam tıxanma vəziyyətində, xəstə nəfəs ala bilməz, rəngi göyərər və danışa bilməz. Bu vəziyyətdə Heimlich manevri deyilən bir texniki tətbiq olunmalıdır.

 

Onun sözlərinə görə, Heimlich manevri belə edilir: Arxadan xəstənin gövdəsinə sarılmaq lazımdır. Bir əlin baş barmağı mədənin üst , döş sümüyünün isə alt hissəsinə düşəcək şəkildə yumruq tutaraq qoyular. Digər əl ilə yumruq tutan əli tutar, qüvvətlə arxaya və yuxarı doğru təzyiq edilər. Bu hərəkət 5-7 dəfə yad cisim çıxana qədər təkrarlanar.

 

"Şüurunu itirmiş adama Heimlich manevri belə edilir: Xəstə yerə yatırdılır, böyrü üstə kürəyinə 5 dəfə vurulur.

Tıxanma açılmadığı təqdirdə xəstə düz bir yerə uzadılır və başı yana çevrilir, göbəklə döş sümüyü arasına iki əllə təzyiq edilir.
Bu hərəkəti 5-7 dəfə yad cisim çıxana qədər ya da kömək gələnə qədər davam etdirmək lazımdır.

Nəfəs yolu tıxanıqlığının tək başına (xəstə özünüzsünüzsə) aradan qaldırılması üçün qarınınızı stolun kürəyinə dayayın, sonra üst hissəsinə təzyiq tətbiq edin", - deyə şöbə müdiri bildirib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır