Göbələkdən təbii saç boyası hazırlanıb - YENİ İXTİRA
11.11.2020 09:06

Biokimyaçılar müxtəlif melanin formalarını sintez edən göbələklərin fermentlərindən istifadə edərək saçların istənilən rəngdə boyanmasına imkan verən təbii saç boyası hazırlayıblar.

 

Aztibb.az gp.by-yə istinadən xəbər verir ki, bu barədə məlumat “Chemical of Materials” jurnalında dərc edilib.

 

“Northwestern” Universitetinin (ABŞ) professoru Natan Janneski bildirib ki, bir çox insanların saç boyalarına allergiyası var: “Ümid edirik ki, yeni ixtiramız onlara kömək edəcək. Çünki melanin onsuz da bədənimizdə mövcuddur və bu boyanın allergiya yaratma ehtimalı azdır”.

 

Onun sözlərinə görə, melanin insanın dərisində, saçlarında, dırnaqlarında və beynin bəzi bölgələrində mövcuddur. Eyni zamanda, təbii piqment olan melanin mövcud olduğu hüceyrələri rəngləyir və bədəni radiasiya, günəşin ultrabənövşəyi şüalarından qoruyur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır