Bexterev xəstəliyi - Risk faktorları, formaları və müalicəsi
18.06.2024 11:49

Bexterev xəstəliyi (ankilozlaşdırıcı spondiloartrit) – onurğa və oynaqların xroniki iltihabi xəstəliyi olub, hərəkətin proqressiv şəkildə məhdudlaşması ilə xarakterizə edilir. Patologiya zamanı fəqərəarası oynaqların iltihabi dəyişikləri onların birləşməsinə – ankiloza səbəb olur.

Aztibb.az xəbər verir ki, həkim-terapevt Nərminə Abbasovanın bildirdiyinə görə, Bexterev xəstəliyinə adətən 15-30 yaşlı kişilərdə rast gəlinir.

Həkim-terapevtin sözərinə görə, qadınlar kişilərlə müqayisədə 9 dəfə az xəstələnir:

“Xəstəliyin ağrı şəklindəki ilkin təzahürləri onurğanın bel şöbəsində meydana çıxır, sonra isə fəqərə sütunu boyunca yuxarıya doğru yayılır. Zaman keçdikcə, Bexterev xəstəliyi üçün tipik olan patoloji döş kifozu formalaşır. Oynaqlarda hərəkət tədricən məhdudlaşmağa başlayır, onurğa hərəkətsizləşir. Diaqnoz klinik simptomatika, rentgenoqrafiya, KT və MRT, laborator müayinələrin nəticələrinə əsasən qoyulur”.

Həkimvurğulayıb ki, xəstəliyin inkişaf səbəbi tam öyrənilməyib. Qeyd edib ki, bir çox alimlərin fikrincə xəstəliyin əsas inkişaf səbəbi immun hüceyrələrin orqanizmin öz oynaq və bağlarına qarşı aqressivliyinin yüksəlməsidir. Xəstəlik irsi meyilliyi olan insanlarda inkişaf edir. Bexterev xəstəliyindən əziyyət çəkən insanlar immun sistemində müvafiq dəyişikliklər törədən HLA-В27 antigeninin daşıyıcılarıdır.

Xəstəliyin inkişafında əsas məqam bədənin həddən artıq soyuması, kəskin və xroniki infeksion xəstəliklər nəticəsində immun statusun dəyişməsi ola bilər. Bexterev xəstəliyi onurğanın və ya çanağın travmaları ilə provokasiya oluna bilər. Xəstəliyin risk faktorları hormonal pozulmalar, infeksion-allergik xəstəliklər, bağırsaqların və sidik-cinsiyyət sisteminin xroniki iltihabıdır”, - deyə terapevt bildirib.


Həkim onu da vurğulayıb ki, əsasən hansı orqan və sistemin zədələnməsindən asılı olaraq Bexterev xəstəliyinin aşağıdakı formaları ayırd edilir:

Mərkəzi forma. – Yalnız onurğa zədələnir. Xəstəliyin mərkəzi formasının iki növü var: kifoz (onurğanın döş şöbəsinin kifozu və bel şöbəsinin hiperlordozu ilə müşayiət olunur) və rigid (döş və bel əyrilikləri düzlənir, bel lövhə kimi düz olur).

Rizomelik forma. Onurğanın zədələnməsi bud-çanaq və çiyin oynaqlarının dəyişiklikləri ilə müşayiət olunur.


Periferik forma. Xəstəlik onurğanı və periferik (aşıq-baldır, diz, dirsək) oynaqları zədələyir.

Skandinaviya forması. Klinik təzahürlərinə görə revmatoid artritin başlanğıc mərhələlərini xatırladır. Oynaqların deformasiyaları və parçalanmaları baş vermir. Əlin kiçik oynaqlarını zədələyir.


Bexterev xəstəliyi zamanı oynaqların zədələnmə simptomlarına gəlincə, həkim bildirib ki, tez-tez Bexterev xəstəliyinin əhəmiyyətli ilk klinik simptomlarından biri kimi sakroileitr (oma oynağının iltihabı) çıxış edir. Pasientləri sağrının dərinliyindəki ağrılar narahat edir; bəzən bu ağrılar qasıq nahiyəsinə və budun yuxarı hissəsinə yayılır. Bu ağrını tez-tez oturaq sinirin iltihabı, fəqərəarası disk yırtıqları və ya radikulit əlaməti hesab olunur.

Həkim-terapevt bildirib ki, Bexterev xəstəliyi zamanı müalicə kompleks və uzunmüddətli aparılır. Nərminə xanımın sözlərinə görə, müalicənin bütün mərhələlərində onun davamlılığına nəzarət etmək mühümdür – stasionar (travmatologiya şöbəsində) – poliklinika – sanatoriya. Həkim deyir ki, qlükokortikoidlər və qeyri-steroid iltihab əleyhinə preparatlar təyin olunur:

“Müalicə zamanı massaj, maqnitoterapiya və refleksoterapiya tətbiq olunur. Bexterev xəstəliyi olan pasientlərə radon, hidrogen sulfid, azotlu müalicəvi vannalar göstərişdir. Xəstəliyin tamamilə müalicəsi mümkünsüzdür; lakin tövsiyələrə əməl olunduqda və düzgün müalicə üsulu seçildikdə xəstəliyin inkişafını tormozlamaq mümkündür. Bexterev xəstəliyi olan pasientlərə daim həkim nəzarətində olmaq, fəsadlaşma dövründə isə stasionar şəraitdə müalicə keçmək mütləqdir”.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
 17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günüdür   
 Cəbrayıl RMX-da yanğın təhlükəsizliyi və təxliyə qaydaları ilə bağlı təlim keçirilib   
Azərbaycan tibbində növbəti uğur: Səhiyyə Nazirliyi Bakı Sağlamlıq Mərkəzinin Aritmologiya bölməsi beynəlxalq akkreditasiya alıb
Mərkəzi Klinika vakansiya elan edir
ATU-nun Əczaçılıq toksikologiyası və kimya kafedrası əməkdaşlarının ixtirasına Avrasiya Patenti verilib
Ölkəmizdə ilk dəfə tətbiq edilən texnologiyaya həsr olunuş elmi simpozium keçirildi - MR-Fusion Prostat Biopsiyası
Gəncədə Dünya Allergiya Həftəsi ilə bağlı tədbirlər təşkil olunur
 Sabunçu Tibb Mərkəzində Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib   
 TƏBİB kollektivi Fəxri xiyabanı ziyarət edib   
Bu ilin yanvar-may aylarında 18 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib
Səhiyyə Nazirliyi Tibb İşçilərinin Peşə Bayramı Gününü qeyd edib
 Bakıda Asiya üzrə Beynəlxalq Ginekologiya Konqresi keçirilib   
Nizami Tibb Mərkəzi onlayn növbə sistemi aktivləşdirilən 4-cü müəssisə oldu
Səhiyyə sahəsində səmərəli fəaliyyət göstərən bir qrup tibb işçisi təltif edilib - Pirallahı Tibb Mərkəzində