Agentlik: Appendiksin çıxarılması icbari tibbi sığorta təminatına daxildir
27.05.2024 11:09

İcbari tibbi sığorta hesabına qarın boşluğunda aparılan cərrahi əməliyyatlardan biri apendiksin çıxarılması – apendektomiya cərrahi əməliyyatıdır. 2021-2024-cü il (ilk 4 ay) tarixlərində icbari tibbi sığorta ilə 17 671 apendektomiya icra olunub.

 

Bu məlumat Aztibb.az-a İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən verilib.

 

Kor bağırsağın soxulcanabənzər çıxıntısının iltihabı apendisit adlanır. Apendisit kəskin gedişli cərrahi xəstəlikdir. Xəstəlik inkişaf etdikcə soxulcanabənzər çıxıntının mənfəzində iltihabi mayenin toplanması, qan təchizatının pozulması baş verir ki, bu da çıxıntının deşilməsinə (perforasiya) gətirib çıxarır.

 

Xəstəliyin ağırlaşması hətta ölümə səbəb ola bilər. Ciddi fəsadların qarşısını almaq üçün vaxtında diaqnozun qoyulması və cərrahi əməliyyatın aparılması vacibdir.

 

Bu xəstəliyin klinik əlamətləri uşaqlarda və yaşlılarda fərqli olsa da, əsas xarakterik əlamətlərinə qarında başlayan ağrının tədricən sağ qalça çuxurunda cəmləşməsidir. Sağ qalça nahiyəsində həmin hissəyə əllə azca basdıqda ağrı şiddətlənərək dözülməz səviyyəyə çatır. Əksər hallarda xəstələrin digər şikayətləri iştahsızlıq, ürəkbulanma, qusma və yüksək hərarətdən olur. Bəzi hallarda xəstəliyin kliniki gedişi simptomsuz olur ki, belə hallar müxtəlif ağırlaşmalarla müşayiət olunur.

 

Apendektomiya cərrahi əməliyyatı həkim-ümumi cərrah tərəfindən laborator və instrumental müayinələrin nəticələri əsasında açıq və ya laparoskopik üsulla aparılır. Hər iki üsul icbari tibbi sığorta ilə qarşılanır.

 

Xəstəliyin laborator diaqnostikasında qanın ümumi analizi, sidiyin ümumi analizi, C-reaktiv protein (CRP) və göstərişə görə digər analizlər aparıla bilər. İnstrumental müayinələrdən isə tibbi göstərişə əsasən qarın boşluğunun USM, KT, MRT müayinəsi və rentgenoqrafiyası təyin oluna bilər.

 

Əməliyyatönü müayinə və həkim konsultasiyası, reanimasiya, anesteziya, stasionar şəraitdə laborator və instrumental müayinələr, manipulyasiyalar, istifadə olunan dərman və tibbi sərf, pasiyentin və 12 yaşa qədər uşaqları müşayiət edən şəxsin qidalanması icbari tibbi sığorta ilə ödənişsizdir.

 

Bu əməliyyat icbari tibbi sığorta ilə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki dövlət tibb müəssisələrində, Səhiyyə Nazirliyinin M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi və K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda icra olunur.

 
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır