Qəzzada səhra xəstəxanalarına ciddi ehtiyac var
24.05.2024 11:38

Beynəlxalq Tibbi və Humanitar Təşkilatlar İttifaqının (UOSSM) nümayəndəsi Yunus əl-Hac Salih Qəzza zolağında əsl humanitar və sağlamlıq fəlakətinin olduğunu və bir neçə səhra xəstəxanasına ehtiyac duyulduğunu bildirib.

 

Aztibb.az-ın medimagazin.com.tr-yə istinadla xəbərinə görə, UOSSM heyətinin Qəzzada yüngül yaralılara ilk yardım üçün 4 nöqtə yaratmağı hədəflədiyini qeyd edən Salih, dərin yarası olmayan xəstələrə xidmət göstərərək bölgədə fəaliyyətini davam etdirən xəstəxanaların yükünü yüngülləşdirməyə çalışacaqlarını deyib.

 

O, məhdud imkanlarla xidmət etməyə davam edən xəstəxanalarda həddindən artıq sıxlığın olduğunu və bunun qarşısını almaq üçün ilk yardım məntəqələrinin yaradılması fikrinin ortaya çıxdığını ifadə edib: "Bu addımla xəstəxanalardakı sıxlıq azalacaq və tibbi personal yaralılara daha yaxşı xidmət göstərmək imkanı əldə edəcəklər".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır