Alçanı ac halda və duzla yemək zərərlidir
22.05.2024 08:51
Hər kəsin sevimli meyvəsi olan yaşıl alçanın faydaları kifayət qədərdir. Alçanın tərkibində A, C, K vitaminləri, kalium, fosfor mineralları, beta-karoten, lutein və zeaksantin kimi antioksidan birləşmələr var.
 
Bu barədə Aztibb.az-a məlumat verən həkim-endokrinoloq Fərhad Burzu bildirib ki, yaşıl alça aşağı qlisemik indeksli bir meyvə olmaqla, qanda şəkər səviyyəsini kontrolda saxlayır, C vitamin zənginliyi sayəsində immun sistemini gücləndirir.
 
Endokrinoloq qeyd edib ki, alça antioksidant təsir göstərərək ürək sağlamlığını qoruyur, arıqlamağa kömək edir, qəbzliyin qarşısını alır.
 
Həkim bu meyvənin göz sağlamlığı üçün də faydalı olduğunu söyləyib. Bildirib ki, alça, həmçinin ağız və diş sağlamlığını qoruyur, antioksidant xüsusiyyəti ilə ağızdakı pis qoxunu yox edir.
 
"Alçanı duzla yemək zərərlidir. Çünki, çox miqdarda duz qəbulu orqanizmdə ödemə səbəb olur. Ürək, böyrək və sümük sağlamlığına mənfi təsir göstərə bilər. Bundan əlavə, ac halda yüksək miqdarda yeyilən alça mədə pozğunluğu olan insanlarda qaz əmələ gəlməsinə səbəb ola bilər", - deyə Fərhad Burzu əlavə edib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır