Qanda şəkəri yüksək olan insanlar üçün mükəmməl vasitə - Darçın
23.07.2020 16:12

Coslin adına Diabetin Tədqiqi Mərkəzi tərəfindən aparılan tədqiqatlara görə, prediabetli (gizli şəkər) pasiyentlərin qidasına darçın əlavə etməklə onların sağlamlıq vəziyyətini yaxşılaşdırmaq və qanda şəkərin səviyyəsini normallaşdırmaq olar.

 

Aztibb.az meddaily.ru resursuna istinadla xəbər verir ki, 51 könüllünün iştirakı ilə keçirilən sınaqlarda üç ay ərzində könüllülərin 50%-i 500 milliqram darçın cövhəri qəbul edib, digərlərinə isə plasebo effekti tətbiq olunub.

 

Alimlər könüllülərin insulinə həssaslığını və onların qanında şəkərin səviyyəsinin necə dəyişdiyini müşahidə ediblər. Həmçinin yüksək dozada darçın cövhərinin istehlakı nəticəsində yarana biləcək əlavə təsirlər riski də qiymətləndirilib. Müəyyən olunub ki, cövhər qanda şəkərin səviyyəsini sabitləşdirib və bədənin insulinə həssaslığını artırıb. Bununla yanaşı, ciddi əlavə təsirlər müşahidə olunmayıb.

 

Mütəxəssislərin fikrincə, şəkərin səviyyəsinin yüksəlməsi və insulinə həssaslığın azalması nəticəsində yaranan metabolik sindrom xroniki iltihab səbəbindən inkişaf edə bilər. Piy toxumasında gedən iltihabi proseslər isə olduqca təhlükəlidir.

 

Bu toxumaların istehsal etdiyi molekullar bədəni piy tədarükü və qanda şəkər toplamağa məcbur edərək qaraciyərin funksiyasını dəyişdirir. Bu zaman güclü antioksidant xüsusiyyətlərinə malik darçın cövhərindən istifadə qeyri-normal prosesləri dayandırır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama