Mövsümi allergiyanın əlamətləri nələrdir?
12.05.2024 10:04
Yaz aylarını yaşayırıq. Çoxumuz yazı sevirik. Amma bu mövsümdə insanlarda halsızlıq, qrip, ishal və s. kimi şikayətlər yaranır, həmçinin allergik xəstəliklərin əlamətləri də özünü göstərir.
Bu barədə Aztibb.az-a Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan 9 nömrəli Uşaq Poliklinikasının həkim-allerqoloqu Aynur Seyidova mövsümi allergiyanın əlamətləri barədə danışarkən deyib.
Onun sözlərinə görə, fevral ayının sonundan etibarən ağacların çiçəklənməsi başlayır və bu, may ayının sonuna kimi davam edir. Bitki tozcuqları (polenlər) küləklə uzaq məsafələrə yayılaraq tənəffüs yollarına, gözlərə, dəriyə və saçlara yerləşərək allergiyası olan insanlarda allergik iltihabla özünü göstərir və bu pollinoz və ya mövsümi allergiya adlanır. Mövsümi allergiyanın simptomlarına burunda axıntı (şəffaf), qaşınma, asqırmalar, tutulma, gözlərdə sulanma, qaşınma, qızartı, şişkinlik və s. göstərmək olar.
Allerqoloq qeyd edib ki, bronxial astma olan pasiyentlərdə xəstəlik kəskinləşə bilər. Bu zaman öskürək, nəfəs darlığı, xışıltı, dəridə bəzən qaşıntı, övrə əmələ gəlir.
A.Seyidova polenlərdən (bitki tozcuqlarından) qorunmağın yolları haqqında da məlumat verib: “İlk öncə qeyd edim ki, polenlər gün ərzində, xüsusilə səhər erkən və günorta saatlarında havada daha çox olur. Yağış yağdıqdan sonrakı bir neçə saat və axşam saatlarında polen sıxlığı nisbətən azalır. Polenlərin çox olduğu mövsümlərdə, xüsusilə səhər və günorta saatlarında, quru və küləkli havalarda məcbur deyilsə, bayıra çıxmayın.
Həkim bildirib ki, idman etmək üçün bağlı yerlərə üstünlük verilməlidir: "Başınıza papaq qoyun, gözünüzə eynək taxın, uzun qollu paltarlar geyinin, evə girdikdə bu paltarları dəyişin, bol su ilə duş qəbul edin və ya üzünüzü bol su ilə yuyun. Paltarlarınızı polen mövsümündə evdə qurudun. Qapı və pəncərələrinizi, xüsusilə polenlərin çox olduğu saatlarda bağlı saxlayın. Maşın sürərkən pəncərələri bağlı saxlayın. Bundan başqa, evdə və maşında polen filtrli kondisionerdən istifadə edin”.
Bu bölməyə aid digər xəbərlər
Siqaretdə gizli təhlükə - 10 qutudan 9-da mikroplastik aşkarlanıb
22.10.2026 | 11:41
PROX1 zülalının bloklanması görmə qabiliyyətinin bərpasına ümid yaradır
22.10.2026 | 08:46
Gen terapiyası ümumi xəstəliklərin müalicəsində yeni mərhələ aça bilər
21.10.2026 | 15:54
Süni intellekt fotodan xərçəng xəstələrinin ömür müddətini təxmin edir
21.10.2026 | 11:34
Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunda 24/7 fasiləsiz tibbi xidmət
21.10.2026 | 09:50
Təbiətə virtual tamaşa etməyin beyinə gözlənilməz təsiri araşdırılıb
21.10.2026 | 08:55
Dünya şəhərlərində minlərlə naməlum virus gizlənir
21.10.2026 | 07:51
Yeməkdən sonra 15–20 dəqiqəlik yüngül gəzinti sağlamlığınıza müsbət təsir göstərə bilər
20.10.2026 | 16:42
Əməliyyatda xəstənin bədənində tənzif unuduldu - 2 həkimə məhkəmə iddiası qaldırıldı
20.10.2026 | 13:48
Virusoloq öz üzərində xərçəng müalicəsi sınağı aparıb - Dörd ildir xəstəlikdən azaddır
20.10.2026 | 10:13
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

