“Ağciyər xəstəliklərinin diaqnostikası, müalicəsi və profilaktikasına müasir yanaşmalar” adlı elmi-praktik konfrans keçirilib
22.04.2024 10:50
Naxçıvanda “Ağciyər xəstəliklərinin diaqnostikası, müalicəsi və profilaktikasına müasir yanaşmalar” adlı elmi-praktik konfrans keçirilib.
Bu məlumat Aztibb.az-a Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyindən verilib.
Konfransın açılışında Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrini icra edən Samiq Sadıxov və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru, tibb üzrə fəlsəfə doktoru İradə Axundova çıxış edərək konfransın işinə uğurlar arzulayıblar.
Tədbirdə mövzu haqqında geniş məruzələr dinlənilib. İradə Axundova “Ölkə səhiyyəsində vərəmlə mübarizənin gücləndirilməsi və müalicəsinin optimallaşdırılması: İlkin Səhiyyə Xidmətinin Universal Sağlamlıq Əhatəsinə doğru çıxışı”, Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanseri Publik Hüquqi Şəxsin baş həkimi Günay Quliyeva “Naxçıvan Muxtar Respublikasında vərəmin epidemiologiyası”, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun Konsultativ poliklinikasının həkim-ftiziatrı Aysel Aslanova “Vərəm haqqında məlumat, vərəmin aşkarlanması və təsnifatı”, Milli Referens laboratoriyanın müdiri Mehriban Seyfəddinova “Vərəmin diaqnostikası standart və yeni metodları”, Professor Gindes adına Respublika uşaq və yeniyetmələr üçün vərəm və tənəffüs orqanları xəstəlikləri sanatoriyasınin direktoru, tibb elmləri doktoru Rəşid Bədəlov “ Uşaqlarda vərəmin sanator müalicəsində müasir baxış” mövzularında məruzələrlə çıxış ediblər.
Qısa fasilədən sonra konfrans öz işini davam etdirib. İkinci hissədə Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutununun Baş həkimi, tibb üzrə fəlsəfə doktoru Gülzar Əliyeva və institutun şöbə müdiri Sevda Mustafayevanın bronxial astma, post-kovid sindromu, vərəm və komorbid vəziyyətlər barəsində əhatəli çıxışları olub.
Sonda iştirakçıların sualları cavablandırılıb.
Bu bölməyə aid digər xəbərlər
Naxçıvanda “Baş ağrıları və dorsalgiyalar: müasir yanaşmalar” mövzusunda I Regional Konfrans keçirilib
29.09.2026 | 16:24
ATU və AzPA-nın birgə təşkilatçılığı ilə Qarabağ Universitetində ilk irimiqyaslı elmi-tibbi konqres keçirilib
16.06.2026 | 13:46
Naxçıvanda “Ağciyər xəstəliklərinin diaqnostikası və müalicəsinə müasir yanaşma” mövzusunda konfrans keçirilib
02.06.2026 | 12:21
Bakı və Xankəndi şəhərlərində tibbin müxtəlif sahələrini əhatə edən regional konqreslər keçirilib
12.05.2026 | 16:28
Şamaxıda minimal invaziv cərrahiyyəyə həsr olunan 12-ci regional konfrans keçirilib
21.04.2026 | 16:21
Hepatit virusları ilə bağlı maarifləndirmə və profilaktik tədbirlərin təşviqi məqsədilə Şahbuz RMX-da görüş keçirilib
24.07.2025 | 11:34
Mingəçevir ŞMX-da Milli Mətbuat Günü münasibətilə tədbir keçirilib
22.07.2025 | 14:57
Bərdə rayonunda Milli Məclisin Səhiyyə komitəsinin səyyar iclası keçirilib
19.06.2025 | 16:06
Naxçıvanda cərrahi xəstəliklərin diaqnostikasına dair konfrans keçirilib
13.04.2025 | 17:14
Naxçıvanda “Tibb tələbələri və gənc tədqiqatçıların respublika konfransı” keçirilir
22.05.2024 | 17:18
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

