Uzun müddət edilən məşqlər əzələ ağrılarına səbəb ola bilir
06.04.2024 14:42
Əzələ ağrısı bir çox insanda rast gəlinən bir problemdir. Əzələ ağrısı əzələdə ağırlıq hissi, həssaslıq, sərtlik, hərəkətsizlik, spazma, ağrı ilə müşahidə olunan tutulmalar, göynəmə olaraq özünü göstərir.
Bu barədə Aztibb.az-a məlumat verən Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Ailə Sağlamlıq Mərkəzinin Terapiya şöbəsinin müdiri, ailə həkimi-terapevt Rəsmiyyə Məhərrəmova bildirib ki, uzun müddət edilən məşqlər əzələ ağrılarına səbəb ola bilir.
Onun sözlərinə görə, müəyyən yaşdan sonra başlanılan, xüsusi təyin edilməyən məşqlərdən sonra əzələ ağrıları meydana gələ bilər. Pilates kimi əzələləri gərən məşqlər onurğa və ya oynaq problemi olan şəxslərdə problemlərin yaranmasına səbəb ola bilər. Masaj isə, əzələ içində şiş yarandığı təqdirdə zərər verə bilər.
R.Məhərrəmova qeyd edib ki, erkən dövrdə səhv edilən müdaxilələr ciddi əzələ problemlərinin yaranması ilə nəticələnir, yaxşılaşma isə aylarla uzanar. Əzələ narahatlıqlarının yaranma səbəbləri tək fiziki fəaliyyətdən deyil, tibbi vəziyyətlərdən də qaynaqlana bilər. Bunun müalicəsi üçün səbəbi müəyyənləşdirmək insanlar arasında dəyişir və fərdi müayinə ilə diaqnoz qoymaq mümkündür.
O, vurğulayıb ki, əzələ ağrıları zamanı ilk 48 saat ərzində bir sıra məsələlərə diqqət etmək lazımdır: “Öncə həmin şəxslər istirahətlərinə fikir verməlidirlər. Ağrılı sahəyə 15, 20 dəqiqə olmaqla gündə üç dəfə buz qoyulmalıdır. Şişi azaltmaq üçün ayaq və ya qolda zorlama olmuşsa yüksək bir yerdə saxlamaq lazımdır. Əzələ ağrısı gedərək artırsa, bir həftədən daha uzun müddətə davam edir, ağrılı əzələ ətrafında qızartı və şişkinlik kimi infeksiya əlamətləri varsa, mütləq həkimə müraciət edilməlidir".
Həkim-terapevt əzələ ağrıları ilə birlikdə nəfəs alma çətinliyi də yaranarsa təcili yardıma müraciət etməyin vacibliyini qeyd edib. Bildirib ki, baş gicəllənməsi, əzələ gücsüzlüyü, yüksək atəş və boyun sərtliyi də müşahidə edilən təqdirdə təcili yardıma müraciət etmək lazımdır.
Bu bölməyə aid digər xəbərlər
Təzyiqinizi düzgün ölçürsünüzmü?
22.10.2026 | 15:18
Siqaretdə gizli təhlükə - 10 qutudan 9-da mikroplastik aşkarlanıb
22.10.2026 | 11:41
PROX1 zülalının bloklanması görmə qabiliyyətinin bərpasına ümid yaradır
22.10.2026 | 08:46
Gen terapiyası ümumi xəstəliklərin müalicəsində yeni mərhələ aça bilər
21.10.2026 | 15:54
Süni intellekt fotodan xərçəng xəstələrinin ömür müddətini təxmin edir
21.10.2026 | 11:34
Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunda 24/7 fasiləsiz tibbi xidmət
21.10.2026 | 09:50
Təbiətə virtual tamaşa etməyin beyinə gözlənilməz təsiri araşdırılıb
21.10.2026 | 08:55
Dünya şəhərlərində minlərlə naməlum virus gizlənir
21.10.2026 | 07:51
Yeməkdən sonra 15–20 dəqiqəlik yüngül gəzinti sağlamlığınıza müsbət təsir göstərə bilər
20.10.2026 | 16:42
Əməliyyatda xəstənin bədənində tənzif unuduldu - 2 həkimə məhkəmə iddiası qaldırıldı
20.10.2026 | 13:48
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

