Stomatologiyanın aktual probleminə dair yeni kitab  
01.04.2024 15:42

Azərbaycan Tibb Universitetinin (ATU) Ortopedik stomatologiya kafedrasının əməkdaşı, tibb üzrə fəlsəfə doktoru Yuris Bayramovun Lambert Akademik nəşriyyatında “Tam lövhəli protezlə ortopedik müalicədə funksional ölçü  problemi” adlı kitabı çapdan çıxıb.

 

Bu məlumat Aztibb.az-a ATU-dan verilib.

 

Bildirilib ki, ortopedik stomatologiyanın aktual problemi olan ikincili tam adentiyanın ortopedik müalicəsinə həsr olunan kitabda ikincili tam adentiyanın epidemiologiyası, etiologiyası və müalicəsinə ehtiyac haqqında müfəssəl məlumat verilib. Eyni zamanda, ikincili tam adentiyanın kliniki şəkli və ortopedik müalicəsində əsas məqsəd, tam çıxan lövhəli protezlərə qarşı pasiyentlərin şikayətləri, o cümlədən ikincili tam adentiyanın ortopedik müalicəsində deontoloji problemlərə toxunulub. Həmçinin “İkincili tam çıxan lövhəli protezlərin hazırlanmasında ölçü qanunu”, “Tam çıxan lövhəli protezin fiksasiyası və ona təsir edən faktorlar”, “Tam çıxan lövhəli protez hazırlanmasında kliniki və laborator mərhələlər”, “İkincili tam adentiya zamanı funksional ölçü problemi” və “Xülasə” kimi başlıqlar altında müqayisəli təhlil aparılıb.

 

Kitabda ədəbiyyat məlumatları təhlil olunaraq qeyd edilir ki, müxtəlif etioloji faktorların təsiri nəticəsində dişlərin itirilərək ikincili tam adentiya yaranması göstəricisi yüksəkdir. Bu yüksək göstərici əsas ortopedik müalicədə tam çıxan lövhəli protezlərə ehtiyacı qaçılmaz edir. Hazırlanmış tam çıxan lövhəli protezlər həmişə pasiyentin tam tələbatına cavab vermir və ortopedik stomatologiya qarşısında aktual problem olaraq qalır.

 

ÇOX OXUNANLAR
Azərbaycan və Türkiyə şirkətləri səhiyyə menecmenti sahəsində əməkdaşlığa başlayır
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
“Gənc Tibb İşçilərinin Konfransı” layihəsi Qərb bölgəsində davam etdirilib
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu işçi qəbulu elan edir
Bakı Sağlamlıq Mərkəzi tərəfindən Daşkəsəndə tibbi aksiya keçirilib 
Ümumdünya Ağciyər Gününə həsr olunmuş ÖDƏNİŞSİZ MÜAYİNƏ AKSİYASI
Abbas Səhhət adına xəstəxananın tibb bacısı vəfat edib
Mərkəzi Gömrük Hospitalında təlim: “Xəstəxana üzrə kağızsız məlumat mübadiləsi”
Bakı Sağlamlıq Mərkəzinin həkimləri Norveçdə beynəlxalq tədbirdə iştirak ediblər  
Sabunçu Gənclər Evində “Sülh aylığı” çərçivəsində tədbir keçirilib
Ümumdünya Ürək Gününə həsr olunmuş seminar və “Minimal İnvaziv Mitral Qapaq Təmiri” kursu keçiriləcək
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-nin “Telesəhər” proqramına müsahibə verib
İki yeni mütəxəssis Elmi-Tədqiqat Kardiologiya İnstitutunda fəaliyyətə başlayıb
ADHTİ ilə “Azena Creative Agency” arasında tərəfdaşlıq əlaqələri qurulub
ATU-da yeni tədris ilinə hazırlıqla bağlı Rektoryanı Şuranın ilk iclası keçirilib