Antibiotikdən nə vaxt istifadə etməliyik?
14.03.2024 10:28
Yuxari tənəffüs yollarının (məsələn; soyuqdəymə, qrip) və ya asaği tənəffüs yollarının (məsələn; pnevmaniya) infeksiyalarında dərmana ehtiyac olub olmadığı infeksiyanın növündən və səbəbindən aslıdır.
 
Aztibb.az xəbər verir ki, bu barədə Suraxanı Tibb Mərkəzinin pediatrı Aysel Daşdəmirova məlumat verib. Həkim bildirib ki, bir cox tənəffüs yolu infeksiyalarına adətən viruslar səbəb olur. Qrip, bronxit, bronxiolit kimi infeksiyalar antibiotiklərlə müalicə edilmir, cünki antibiotiklər yalniz bakterial infeksiyaları müalicə edə bilər. Viral infeksiyaların müalicəsi simptomatikdir.
 
Aysel Daşdəmirova qeyd edib ki, bakteriyalar tərəfindən törədilən pnevmaniya kimi bəzi tənəffüs yollari infeksiyaları antibiotiklərlə müalicə edilməlidir. Həkim bu tip infeksiyanın olub-olmadigini və hansı antibiotikin uyğun olduğunu müəyyən etməlidir.
 
Onun sözlərinə görə, antibiotiklərin sui-istifadəsi rezistent bakteriya yaranmasına səbəb olur. Bu da antibiotiklərə davamlılıq yaradır ve gələcəkdə mualicəni çətinləşdirir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır