Ürək xəstələri oruc tutanda nələrə diqqət etməlidir?  
11.03.2024 15:44
Liv Bona Dea Hospitalının həkimi, tanınmış ürək-damar cərrahiyyə uzmanı Cabir Gülmalıyev ürək xəstələrinin oruc tutanda nələrə diqqət etməli olduqları məqamlara diqqət çəkib.
 
Bu barədə Aztibb.az-a məlumat verən Cabir Gülmalıyev bildirib ki, ürək xəstələri oruc tutmağa qərar verməzdən əvvəl həkimləri ilə məsləhətləşməlidirlər:
 
"Həkiminizdən uzun müddətli susuzluq və aclıq nəticəsində yaşaya biləcəyiniz problemləri öyrənin;
İftarda tez-tez və böyük miqdarda yeməkdən çəkinin;
İftarda daha çox tərəvəz və salatlardan, ət kimi isə balıqdan ibarət pəhriz seçin;
Yağlı qidalardan uzaq durun. Çox yağlı yeməklər qəbul etmək mədə və bağırsaq sisteminə gedən qan miqdarının artması səbəbindən ürəyinizin iş yükünü artıracaq. Bu ani infarktlara səbəb ola bilər;
Gündəlik ehtiyacınız olan qida miqdarını iftar və imsak arasında bölərək az-az və tez-tez yeyin;
Həkiminiz başqa bir şey tövsiyə etməyibsə, iftarla imsak arasında ən az 2 litr su istehlak edin".
 
Uzman həkim qeyd edib ki, hipertoniya və məlum ürək-damar xəstəlikləri olan xəstələrin, xüsusən də dərman qəbul edənlərin bu məsələlərə diqqət yetirməsi həyati əhəmiyyət kəsb edir. Ürək xəstəliklərinin olması bir insanın oruc tutmasına mane ola bilər.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır