Oftalmoloq Şükran Cumayeva: "Kataraktanın dərmanla müalicəsi yoxdur"
04.03.2024 13:51
Katarakta gözün içində olan büllurun şəffaflığının itməsidir. Yaşla, zamanla, müxtəlif faktorların təsiri nəticəsində büllurda maddələr mübadiləsi pozulur, elastiklik itir və bulanıqlar yaranır. Şəffaflığını itirmiş büllurun rəngi mirvariyə oxşadığı üçün el arasında ona "Mirvari suyu" deyilir. Xəstəlik, əsasən yaşlı insanlarda müşahidə olunur.
Aztibb.az xəbər verir ki, Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan Yazıçılar Poliklinikasının həkim-oftalmoloqu Şükran Cumayevanın sözlərinə görə, katarakta irsi, anadangəlmə ola bilər. Lakin fərqli səbəblərə görə də inkişaf edə bilir, məsələn, şəkərli diabet, travmalar, uzunmüddətli steroid tərkibli dərmanların qəbulu, gözdə iltihabi proseslər zamanı:
“Boz, dumanlı görmə, son bir ildə eynəyin ölçülərinin tez-tez dəyişilməsi, gecə görmənin zəifləməsi, rənglərin şəffaflığının, kontrastlığının pozulması varsa, bu kataraktanın əlamətləri ola bilər. Bəzən yaxındangörmə (miopiya) refraksiyası əmələ gəlir. Belə ki, yaxını görmək üçün eynək taxan şəxslər uzağı pis görməyə, yaxından isə eynəksiz işləməyə başlayırlar".
Həkim-oftalmoloq bildirib ki, kataraktanın bulanma, yetişmə və təhlükəlilik dərəcəsinə görə növləri mövcuddur. Bunları ayırd etmək vacibdir. Çünki çox təhlükəli katarakta növləri (şişən kataraktalar) qaldıqca başqa bir problemin çıxmasına səbəb olur. Bunlardan biri də göz daxili təzyiqin yüksəlməsi və qlaukomanın (qara su) əmələ gəlməsidir.
Ş.Cumayeva onu da vurğulayıb ki, kataraktanın diaqnozu tam oftalmoloji müayinədən sonra qoyulur və xəstəliyin dərmanla müalicəsi yoxdur. Heç bir damcı ilə bulanmış bülluru şəffaf etmək mümkün deyil. Tək müalicəsi ancaq cərrahi yolladır. Cərrahiyyə zamanı gözdə bulanmış büllur tam şəffaf bir linza ilə əvəz olunur və bununla da itmiş görmə bərpa olunur.
Oftalmoloqun sözlərinə görə, katarakta vaxtında aşkarlanarsa aradan qaldırılması çox asan, lakin gecikdirildikdə və cərrahi müdaxilə vaxtında olmadıqda qlaukoma (qara su), uveit kimi göz daxili fəsadlara yol açaraq korluqla nəticələnə bilən xəstəlikdir. Buna görə də 45 yaşdan yuxarı hər kəsin kataraktaya görə müayinəsi vacibdir: "Normal həyat tərzi, siqaret və spirtli içkidən uzaq durmaq, idman ilə məşğul olmaq, gün eynəklərindən istifadə, təbii qidalar ilə qidalanmaq yaşla bağlı karaktanın əmələ gəlməsini gecikdirir".
Bu bölməyə aid digər xəbərlər
Təzyiqinizi düzgün ölçürsünüzmü?
22.10.2026 | 15:18
Siqaretdə gizli təhlükə - 10 qutudan 9-da mikroplastik aşkarlanıb
22.10.2026 | 11:41
PROX1 zülalının bloklanması görmə qabiliyyətinin bərpasına ümid yaradır
22.10.2026 | 08:46
Gen terapiyası ümumi xəstəliklərin müalicəsində yeni mərhələ aça bilər
21.10.2026 | 15:54
Süni intellekt fotodan xərçəng xəstələrinin ömür müddətini təxmin edir
21.10.2026 | 11:34
Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunda 24/7 fasiləsiz tibbi xidmət
21.10.2026 | 09:50
Təbiətə virtual tamaşa etməyin beyinə gözlənilməz təsiri araşdırılıb
21.10.2026 | 08:55
Dünya şəhərlərində minlərlə naməlum virus gizlənir
21.10.2026 | 07:51
Yeməkdən sonra 15–20 dəqiqəlik yüngül gəzinti sağlamlığınıza müsbət təsir göstərə bilər
20.10.2026 | 16:42
Əməliyyatda xəstənin bədənində tənzif unuduldu - 2 həkimə məhkəmə iddiası qaldırıldı
20.10.2026 | 13:48
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

