Psixoloq: "Cəmiyyətin təxminən 18%-i anksiyete pozğunluğundan əziyyət çəkir"
21.02.2024 10:57
Narahatlıq pozğunluğu bizi gündəlik həyatımızda qarşılaşdığımız problemlərin öhdəsindən gəlməya hazırlayır və daha sürətli qərarlar verməyimiz üçün mühit yaradır. Anksiyete əslində beynimizin stressə cavab vermə və bizi qarşımızdakı potensial təhlükələr barədə xəbərdar etmə üsuludur.
 
Aztibb.az xəbər verir ki, bu barədə Goranboy Rayon Mərkəzi Xəstəxanasının psixoloqu Aygün Qurbanova təşviş pozuntusu haqqında danışarkən məlumat verib.
 
Həkim qeyd edib ki, cəmiyyətin təxminən 18%-i anksiyete pozğunluğundan əziyyət çəkir və problemin artması ilə xəstəlik səviyyəsinə qədər irəliləyə bilər. Narahat olan insan hər zaman ən pis ssesanri haqqında düşünür və bu düşüncələr onların nəzarətindən kənarda qalır. Narahatlıq pozğunluğunun əlamətləri nəfəs darlığı, ağız quruluğu, gərginlik, narahatçılıq, çaxnaşma hissi, həddən artıq tərləmə, əllərin titrəməsi, diqqət və konsantrasya problemləri, narahatçılğa səbəb olan təsirlərdən qaçınma vəziyyəti, həzm problemləri, yuxu pozğunluğudur.
 
Onun sözlərinə görə, narahatlıq pozğunluqlarının səbəbləri aydın şəkildə başa düşülmür. Ancaq travmatik hadisələr, müxtəlif təcrübələr, sağlamlıq problemləri, irsi faktorlar kimi əlamətlərin bu pozuntunu dəstəklədiyi görülür. Anksiyete pozğunluqları genetik səbəblərə görə də baş verə bilər. Beynimizin qorxu və duyğuları idarə edən hissələrinin səhv əlaqəsi narahatlıq pozğunluğuna səbəb ola bilər.
 
Aygün Qurbanova bildirib ki, anksiyete pozğunluğunun simptomlarını azaltmaq və narahatçılğı idarə etmək üçün bir çox müalicə alternativi mövcuddur. Ancaq ən çox yayılmış iki müalicə psixoterapiya və dərman müalicəsidir. Hansı müalicə metoduna daha yaxşı cavab verəcəyiniz sınaq yolu ilə müəyyən edilə bilər.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır