Ulu Öndərin “bir millət, iki dövlət” şüarının gerçək siyasi təsdiqi haqqında bir neçə söz - Rəşad Mahmudov yazır..
20.02.2024 09:25
Azərbaycan və Türkiyə qədər keçmişi və gələcəyi bir-birinə bağlı olan başqa bir dövlətlərarası münasibətə rast gəlmək mümkünsüzdür. İki qardaş dövləti eyni söykök, dil, din birliyindən də üstün tellər bağlayır. Xalq Cümhuriyyətinin qurulmasında türk əsgərlərinin savaşı, Türkiyə Cümhuriyyətinin qurtuluş savaşında azərbaycanlıların canı və qanı ilə iştirakı dünya tarixində bənzəri olmayan hadisədir. Bu münasibət böyük Atatürkün və Ümummilli lider Heydər Əliyyevin dillər əzbərinə çevrilən fikirlərində ən yüksək şəkildə ifadə olunub.
Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra xüsusilə inkişaf edən bu qardaşlıq münasibəti hazırkı dövrdə özünün zirvə nöqtəsindədir.
Bu gün cənab Ərdoğan və Prezident İlham Əliyev tandemi beynəlxalq siyasi sistemdə məğlubedilməz liderlik səviyyəsindədir.
İkinci Qarabağ savaşının nəticəsi olaraq regionda yaranmış yeni geopolitik durum tarixi köklərə dayanan qardaşlıq münasibətlərinin yeni perspektivlərini açıb.
Şuşa Bəyannaməsi ilə rəsmiləşən Türk Dövlətləri Təşkilatının beynəlxalq güc mərkəzinə çevrilməsi ilə inkişaf etdirilən bu ittifaq adıçəkilən liderlərin dəqiq və milli maraqlara hesablanan siyasəti ilə daha böyük uğurlar vəd edir. Bu baxımdan İlham Əliyevin prezident seçildikdən sonra Türkiyəyə ilk rəsmi səfəri xüsusi diqqət kəsb edirdi.
Liderlərin iştirakı ilə Azərbaycan-Türkiyə sənədlərinin və Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair “Anlaşma Memorandumu”nun imzalanması Türk dünyasının daha da inkişafı üçün mühüm hadisə olacağı şübhəsizdir və alqışa layiq mütərəqqi bir addımdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi adıçəkilən universitetinin yaradılması, adicə bir təhsil məsələsi deyil, birliyimizin növbəti rəmzidir.
Bununla yanaşı, birgə mətbuat konfransında səsləndirilən fikirlər xüsusi məqamlarla yadda qaldı.
Türkiyə-Azərbaycan birliyinin təkcə region üçün deyil, Avrasiya üçün önəmli amilə çevrildiyini bildirən ölkəmizin başçısı qardaş ölkənin bölgədə sülhün təminatçısı olduğunu bəyan etdi. Prezident növbəti dəfə açıq şəkildə bildirdi ki, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnən antiterror tədbirlərindən sonra uzun müddət ölkəmizin ərazisində kök salan separatçı rejim tam zərərsizləşdirildi və bundan sonra Azərbaycanda belə qüvvələrə heç vaxt yer olmayacaq.
Bu ilin iyulunda Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün keçiriləcəyini bildirən Prezident İlham Əliyev həmin toplantıda müşahidəçi statusunda olan Şimali Kipr Türk Cümhuriyyətinin Prezidentinin onun xüsusi dəvəti ilə iştirak edəcəyini bildirməklə türk xalqlarının birliyinə və güclənməsinə növbəti dəfə təkan vermiş oldu. Bu, həm də İkinci Qarabağ savaşından sonra Azərbaycanın beynəlxalq mövqeyinin daha da güclənməsindən yaranmış siyasi situasiyadır. Azərbaycan lideri bu vəziyyətdə ölkəmizin Türk dünyasının birliyi üçün aparılan prosesdə dominantlığını təmin edir.
Azərbaycan ilə Ermənistan arasında sülhün imzalanmasının təkcə bölgə üçün deyil, eyni zamanda dünyada sabitlik üçün yeni bir ümid mənbəyi olacağını və bu prosesdə Azərbaycan ilə birlikdə çiyin-çiyinə hərəkət etdiyini bildirməklə cənab Ərdoğan Azərbaycan - Türkiyə müttəfiqliyinin dünya insanlığı və sülh üçün nə qədər önəm kəsb etdiyini növbəti dəfə sübut etdi.
Beləliklə, dövlətimizin başçısının tarixi qardaşlıq ənənəsinə uyğun olaraq prezident kimi Türkiyə Cümhuriyyətinə ilk səfəri gözlənildiyi kimi uğurlu nəticələrlə yadda qaldı. Səfər zamanı iki qardaş ölkə başçısının səsləndirdikləri mesajlar bir daha təsdiq etdi ki, Azərbaycan - Türkiyə müttəfiqliyinin inkişafı sarsılmaz xarakter alıb. Bugünkü reallıq həm də onunla xüsusi əhəmiyyət kəsb edir ki, liderlər Ərdoğan- Əliyev dostluğu, Türkiyə-Azərbaycan qardaşlığı ilə vəhdətdə müasir dünya siyasi düzənində hər kəsin hesablaşacağı vahid gücə çevrilib.
Bu birlik, qardaşlıq Ulu öndərin “bir millət, iki dövlət” şüarının gerçək siyasi təsdiqi və türk soyuna düşmən kəsilən şər qüvvələrin qarşısında sipərdir!
Rəşad Mahmudov, Milli Məclisin deputatı, tibb elmləri doktoru
Bu bölməyə aid digər xəbərlər
Tibbin 9 istiqaməti, yeni elmi nəticələr: ATU jurnalının növbəti sayı
24.10.2026 | 14:04
ATU əməkdaşının tək müəllif kimi hazırladığı elmi məqalə Q1 kateqoriyalı jurnalda dərc olunub
24.10.2026 | 10:50
Azərbaycan dilində müasir dərslik təqdim olunub
09.10.2026 | 10:49
Yeni mühazirə dərsliyi nəşr olunub
01.10.2026 | 16:12
Ölümsüzlük və əbədiyyət
30.09.2026 | 14:32
Elmi anatomiyanın banisi
29.09.2026 | 11:06
ATU-nun həkim-rezidentlərinin həmmüəllif olduğu elmi məqalə beynəlxalq "Rheumatology" jurnalında
27.09.2026 | 17:18
Respublika Klinik Xəstəxanasının həkimlərinin iştirakı ilə aparılan beynəlxalq tədqiqat Q1 kateqoriyalı jurnalda dərc olunub
20.09.2026 | 15:58
ATU əməkdaşı və rezidentinin iştirakı ilə aparılan beynəlxalq tədqiqat Q1 jurnalında dərc olunub
20.09.2026 | 13:47
Repressiyalardan tibb elminin zirvəsinə
19.09.2026 | 16:30
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
22.10.2026 | 14:08
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər
22.10.2026 | 12:05
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41

