Seçicilərin psixologiyasına hansı amillər təsir edir?
07.02.2024 09:42

Müəyyən bir namizədə səs verəndə əmin olursunuz ki, sizi yalnız rasional motivlər rəhbər tutur. Amma həmişə belə olmur. Psixoloqlar deyirlər ki, çox vaxt seçimlərimiz digər amillərdən təsirlənir.

Aztibb.az “BBC News”a istinadən xəbər verir ki, belə vəziyyətlərə necə reaksiya verəcəyiniz siyasi seçimlərinizi ortaya qoya bilər.

İnsanların siyasi baxışlarına şüuraltı bir çox səbəblər təsir edir. Hər dəfə seçkidən əvvəl biz namizədlərin proqramlarını, partiya ideologiyalarını anlamağa çox vaxt və səy sərf edirik. Və beləliklə, biz bülleteni əlimizdə tuturuq, şüurlu və rasional seçim edirik. Bu belədirmi? Lakin psixoloqlar bunun tamamilə doğru olmadığını deyirlər.

Əlbəttə, sosial siyasət, təhsil, səhiyyə, iqtisadiyyat - bütün bunlar vacibdir. Ancaq seçicilərə tamamilə fərqli amillər təsir edə bilər. Məsələn, bir insanın ikrah hissini nə qədər güclü hiss etdiyini, nə qədər narahat olduğunu və pis havaya və ya idman yarışlarının nəticələrinə necə reaksiya verdiyini araşdırmalar göstərir.

Məlumdur ki, şüurlu qərarlarımıza şüuraltı düşüncə prosesləri, duyğular və qərəzlər təsir edir. Stenford Universitetinin politologiya üzrə professoru Con Krosnik karyerasını bu fenomenin tədqiqinə həsr edib.

"50 illik psixoloji araşdırmalar göstərdi ki, beynimiz iki hissədən ibarətdir", – deyən tədqiqatçı izah edir: "Qərar vermə prosesi əslində tamamilə şüursuzdur."

2014-cü ildə ABŞ-da aparılan bir araşdırma, seçkilər zamanı səhhətində problem olan insanların daha cəlbedici namizədə səs verdiklərini ortaya çıxarıb.

Elm adamları insanın nə qədər asanlıqla qorxması ilə onun siyasi ideologiyası arasında əlaqəni də müşahidə ediblər.

Tədqiqatın növbəti hissəsi sinirlərin gücünü yoxlamaqdan ibarət olub. Tədqiqatçılar asanlıqla qorxan insanların mühafizəkar baxışlara malik olduqlarını aşkar ediblər. Və bu, mühafizəkarların ətraf mühitin mənfi cəhətlərinə daha həssas olan insanlar kimi ümumi baxışına uyğun gəlir.

Beləliklə, terrorizm, iqtisadi qeyri-sabitlik və digər neqativ faktorların risklərini vurğulayan seçki kampaniyaları əslində müəyyən insan qruplarına təsir etmək və buna görə də effektiv şəkildə səs qazanmaq baxımından kifayət qədər güclü ola bilər.

Semki zamanı seçicinin psixologiyasına mənfi təsir kimi hava şəraitini, yaxud paradoksal olsa da, futbol matçlarının nəticələrini də göstərmək olar.

Amerikalı politoloqların 44 il ərzində apardıqları araşdırma göstərib ki, seçkilərə 10 gün qalmış idman yarışları hər zaman hakim partiyanın xeyrinə nəticəyə təəccüblü təsir göstərib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev