Azərbaycanlı alim MDB Ölkələrinin Pediatrları Federasiyasının vitse-prezidenti vəzifəsinə seçilib
12.09.2023 12:53

Azərbaycan Pediatrlar Assosiasiyasının (APA) sədri, Azərbaycan Tibb Universitetinin II Uşaq xəstəlikləri kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Təranə Tağı-zadə MDB Ölkələrinin Pediatrları Federasiyasının vitse-prezidenti vəzifəsinə seçilib.


Aztibb.az xəbər verir ki, alim 14-16 sentyabr tarixlərində Qırğızıstan Respublikasında keçiriləcək MDB Ölkələri Pediatrları Federasiyasının “Uşaq və cəmiyyət: sağlamlıq, inkişaf və qidalanma problemləri” mövzusunda X Yubiley Konqresinə dəvət alıb.

Konqresdə ana və uşaq sağlamlığı, ümumilikdə pediatriyanın inkişafına yönəlmiş mövzular üzrə elmi-tədqiqat işlərinin mühüm nəticələri müzakirə ediləcək. Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Dağıstan, Tacikistan, Belarus və digər ölkələrin ixtisaslaşmış elmi-tədqiqat müəssisələrinin elmi işçiləri, pediatrları, ali təhsil müəssilərinin müəllimləri və səhiyyə sahəsi üzrə mütəxəssisləri təcrübə mübadiləsi aparacaqlar.

Həmçinin MDB ölkələrində ana və uşaq sağlamlığı xidmətinin hazırkı vəziyyəti, sağlam və xəstə uşaqlar üçün qidalanma, uşaqlarda minimal invaziv, endo və laparoskopik cərrahiyyə məsələləri, İİV/QİÇS problemi, reproduktiv sağlamlıq və hüquqlar, antenatal baxımın vəziyyəti və problemləri, pediatriyada profilaktik təbabətin inkişafının elmi və praktiki aspektləri, uşaqlara ixtisaslaşmış və yüksək texnologiyalı qayğının göstərilməsinin təşkilati, kliniki aspektləri  və digər aktual məsələlərə dair müvafiq tövsiyələr hazırlanacaq.

Konqresdə MDB Ölkələrinin Pediatrları Federasiyasının vitse-prezidenti Təranə Tağı-zadə Azərbaycanda bioetikanın inkişafı və tibbdə tədrisinin təşkilinə, eləcə də Azərbaycan Pediatrlar Assosiasiyasının 100 ilə yaxın müddətdə ölkəmizdə uşaqların sağlamlığının qorunmasında, möhkəmləndirilməsində və milli pediatriyanın inkişafında xidmətlərinə dair çıxış edəcək.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev