Psixoloq: Manipulyatoru sual verməklə yayındırmaq mümkündür
06.02.2024 13:32

Manipulyator digər insanların hissləri ilə oynayaraq məharətlə idarə edir və qurbanını günahkar hiss etdirməyə çalışır.

Aztibb.az “Pravda” nəşrinə istinadən yazır ki, psixoloq Mixail Anatolyeviçin tövsiyəsinə görə, iki sual verməklə manipulyatoru dayandırmaq mümkündür.

Hansı ifadələr manipulyatoru dayandırmağa kömək edir?

Birinci sual: "Niyə?" Məsələn, mənə deyirlər: “Sən pis işləyirsən”. Bu yolla manipulyator məni günahkar hiss etdirməyə çalışır. Mən də soruşuram: "Niyə pisdir? Beləcə onun hər arqumentində “niyə”ləri davam etdirmək.
İkinci sual: "Məqsədi soruşmaqdır". Əksər manipulyatorlar bu mərhələdə uzaqlaşırlar, çünki o, məqsədinin fayda əldə etmək olduğunu deyə bilmir.

Əksər insanların hərəkətləri, təəssüf ki, məqsədsizdir. Bizi hərəkətə sövq edən hərəkətin səbəbi var, amma insanlar məqsəd qoymurlar.

Bir insan məqsəd formalaşdırmağa başlayanda, yəni "niyə bunu edirəm", "niyə bu insanla ünsiyyət qururam", "nəticədə nə əldə etmək istəyirəm" suallarına cavab verməyə başlayır ki, əksər hərəkətlər ümumiyyətlə edilməməlidir. Çünki onların səbəbi, çox vaxt aşağıdakılardan biridir:

narazılıq,
qorxu,
qəzəb,
narahatlıq,
günah,
qıcıqlanma.

Bu duyğular bizi nəyəsə sövq edir, buna görə də manipulyatorlar ən çox onları insanlarda oyatmağa çalışırlar. Sonra da bu emosiyadan qaçmağa, günahkar olmamaq üçün nəsə etməyə çalışırıq.

Qeyd edək ki, psixikasında olan məqsəd və xüsusiyyətlərdən asılı olaraq, manipulyatorlar qəsdən və ya şüursuz taktikalardan istifadə edə bilərlər. Psixoloji manipulyasiya üsulları açıq təcavüz, təhqir, aşağılama, tənqid və emosional istismar şəklində müşahidə oluna bilər.

İncə üsullarla manipulyasiya mühakimələr, şikayətlər, müqayisələr, yaltaqlanma, inandırma, yalan danışmaq, özünə qarşı mərhəmət hissi oyatmaq, ağlamaq, lağ etmək, təxribat, emosional şantaj və yalan simpatiya daxildir.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır