Tədris Cərrahiyyə Klinikasında boyunun orta kistası uğurla əməliyyat olunub
05.06.2026 09:24
ATU-nun Tədris Cərrahiyyə Klinikasında anadangəlmə boyun patologiyası olan boyunun orta kistası diaqnozu ilə müraciət edən pasiyent üzərində uğurlu cərrahi əməliyyat icra olunub.
Klinikadan Aztibb.az-a bildirilib ki, əməliyyat ATU-nun Ağız və üz-çənə cərrahiyyəsi kafedrasının müdiri, Tədris Cərrahiyyə Klinikasının üz-çənə cərrahı, professor Çingiz Rəhimovun rəhbərliyi ilə həyata keçirilib.
Professor Çingiz Rəhimovun sözlərinə görə, boyunun orta kistası embrional inkişaf dövründə yaranan anadangəlmə patologiyalardan biridir: “Boyunun orta kistası qalxanabənzər vəzin embrional inkişafı zamanı formalaşan tiroqlossal axacağın tam bağlanmaması nəticəsində meydana gəlir. Normal halda ana bətnində mövcud olan bu axacaq müəyyən inkişaf mərhələsindən sonra tamamilə bağlanmalıdır. Lakin bəzi hallarda həmin kanalın qalıqları qalır və sonradan kista şəklində özünü göstərir”.
Professor bildirib ki, bu patologiya daha çox uşaqlarda aşkarlansa da, bəzi hallarda uzun illər simptomsuz gediş göstərərək yalnız yeniyetmə və ya yetkin yaşlarda üzə çıxa bilər: “Pasiyentlər adətən boyunun ön səthində yaranan şişkinlik, narahatlıq hissi, udqunma zamanı hərəkət edən törəmə və ya iltihablaşma əlamətləri ilə həkimə müraciət edirlər. Vaxtında müalicə olunmadıqda kistanın infeksiyalaşması, irinləməsi və təkrarlanan iltihabi proseslərin inkişafı mümkündür”.
Müayinələr zamanı pasiyentdə boyunun orta xətti boyunca yerləşən kistik törəmə aşkar olunub. Aparılan klinik və instrumental müayinələrin nəticələrinə əsasən cərrahi müdaxilə qərarı verilib.
Əməliyyat zamanı kista ətraf toxumalardan dəqiqliklə ayrılaraq tam şəkildə xaric edilib. Cərrahi müdaxilə boyun nahiyəsinin anatomik baxımdan mürəkkəb sahəsində aparılıb. Bu bölgədə həyati əhəmiyyətli damarlar, sinirlər və digər vacib anatomik strukturlar yerləşdiyindən əməliyyat yüksək peşəkarlıq və dəqiqlik tələb edib.
“Boyun nahiyəsi insan orqanizmində ən həssas anatomik zonalardan biridir. Burada çoxsaylı magistral damarlar, sinirlər və həyati vacib orqanlar yerləşir. Buna görə də əməliyyat zamanı əsas məqsəd patologiyanı tam aradan qaldırmaqla yanaşı, sağlam toxumaların və ətraf anatomik strukturların zədələnməsinin qarşısını almaqdır” deyə professor Çingiz Rəhimov vurğulayıb.
Mütəxəssislər qeyd edirlər ki, boyun nahiyəsində hər hansı şişkinlik və ya törəmə müşahidə olunduqda vaxt itirmədən həkimə müraciət etmək vacibdir. Erkən diaqnostika və düzgün cərrahi müalicə xəstəliyin ağırlaşmalarının qarşısının alınmasında mühüm rol oynayır.
Bu bölməyə aid digər xəbərlər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Tədris Cərrahiyyə Klinikasında uğurlu əməliyyat: Xəstənin çənəsində zədələnmiş sümük toxumasının rezeksiyası icra edilib
22.10.2026 | 13:22
ATU Beynəlxalq Kitab Sərgisində təmsil olunur
22.10.2026 | 11:48
Respublika Kliniki Uroloji Xəstəxanasında ilk dəfə laparoskopik adrenalektomiya əməliyyatı aparılıb
22.10.2026 | 10:38
Leyla Əliyeva Səmərqənddə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yaradılan mərkəzlərin fəaliyyəti ilə tanış olub
22.10.2026 | 09:11
Mərkəzi Neftçilər Xəstəxanasında ürəyi dayanan pasiyent həkimlərin operativ müdaxiləsi ilə həyata qaytarılıb
21.10.2026 | 16:17
Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib
21.10.2026 | 14:40
Patronaj xidməti ailələrə daha yaxın: 300-dən çox şəxs tibbi müayinələrə cəlb olunub
21.10.2026 | 14:34
Azərbaycanda uşaqlarda FMF üzrə ilk milli tədqiqat
20.10.2026 | 14:22
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

