Respublika QİÇS-lə Mübarizə Mərkəzi özəl tibb müəssisəsində infeksiyalara yoluxma risklərinin idarə olunması ilə bağlı təlim keçirib
04.06.2026 09:23
Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin (RQMM) mütəxəssisləri özəl tibb müəssisəsində İİV/QİÇS, digər infeksiyalara yoluxma risklərinin idarə olunmasına dair təlim keçirib.
Mərkəzən Aztibb.az-a verilən məlumata görə, tədbirdə RQMM-nin təcrübəli həkimləri, klinikanın həkim və orta tibb personalı iştirak edib.
Təlimdə İİV/QİÇS-in müayinə və müalicəsindən bəhs olunub, İİV-in profilaktikası, diaqnostikası və müalicəsində müasir yanaşmaların əhəmiyyətinə diqqət çəkilib.
RQMM-in direktor müavini Ədilə Rzayeva “Azərbaycanda İİV-ə görə aparılan müayinələrin təşkili qaydaları” adlı xüsusi təqdimatla çıxış edib. Həkim dünyada və Azərbaycanda QİÇS-lə (qazanılmış immun çatışmazlığı sindromu) bağlı mövcud vəziyyət, İİV (insanın immunçatışmazlığı virusu) indikatorları, onun terapiya və müalicəsi barədə ətraflı məlumat verib. Ölkəmizdə İİV-ə nəzarətin qanunvericiliyin tələblərinə uyğun tənzimlənməsinə dair fikirlərini bölüşüb. Ə.Rzayeva Mərkəzdə İİV-ə görə aparılan müayinələrdən, qan nümunələri ilə təmas zamanı təhlükəsizlik qaydalarına necə əməl edilməsindən, tibb işçilərinin özlərini necə qorumasından və mövcud çətinliklərin aradan qaldırılmasından danışıb.
Tədbir iştirakçıları Günel Babayevanın “İİV/QİÇS-lə mübarizədə profilaktik tədbirlər – təmasdan öncə və sonra profilaktika”, Səbinə Nəbizadənin “Ölkəmizdə İİV/QİÇS-lə bağlı epidemioloji vəziyyət” Günel Bəbirovanın “Tibb mühitində stiqma və diskriminasiya“ mövzusunda təqdimatları maraqla dinlənyib. Azərbaycanda İİV epidemiyası ilə bağlı vəziyyət, RQMM-də İİV-ə görə aparılan müayinələr, İİV xəstəlikləri və müalicəsi, təmasdan sonra profilaktika tədbirləri, TÖP başlamazdan öncə kliniki və laborator müayinələr, İİV-lə yaşayan insanların müalicə və müayinələrə cəlb olunmasında stiqma və diskriminasiyanın yaratdığı əngəllər barədə ətraflı müzakirələr aparılıb.
Respublika QİÇS-lə Mübarizə Mərkəzində müayinə və müalicənin anonim, ödənişsiz qaydada icra olunduğunu vurğulayan həkimlər bildiriblər ki, əsas hədəf xəstəliyi vaxtında aşkarlamaq, onun əhali arasında yayılma riskini azaltmaq və gedişatı haqda vətəndaşları məlumatlandırmaqdır.
Mütəxəssislərə ünvanlanan fərdi suallar cavablandırılıb.
Bu bölməyə aid digər xəbərlər
Nigeriyada “Ebola” virusuna ilk yoluxma halı qeydə alınıb
21.10.2026 | 10:57
AQTİ mütəxəssisi İtaliyada karantin statuslu göbələyin inkişaf xüsusiyyətlərini araşdırıb
21.10.2026 | 09:47
ATU tələbələri “Zirvəyə birlikdə qalxaq!” kütləvi yürüşündə
21.10.2026 | 08:29
1 saylı ixtisaslaşdırılmış poliklinikanın baş həkimi Yavər Şıxəliyev vəfat edib
20.10.2026 | 15:55
Şamaxı rayonunun Mərzəndiyyə kəndində sakinlər üçün səyyar tibbi xidmət keçirilib
20.10.2026 | 15:51
Elmi-Tədqiqat Pediatriya İnstitutunda şəhid və qazi ailələrinə xüsusi diqqət və qayğı göstərilir
20.10.2026 | 15:24
Sabunçu Tibb Mərkəzinin oftalmoloqu Aysel Məmmədova - Həkimlərimizi tanıyaq!
20.10.2026 | 15:16
İSİM nümayəndələri “Hüquq, Tibb və Cəmiyyət” XVII Azərbaycan-Türkiyə-Almaniya Tibb Hüququ Simpoziumunda iştirak ediblər
20.10.2026 | 14:34
Ötən il Azərbaycanda 3 minə yaxın şəxsə süd vəzi xərçəngi diaqnozu qoyulub
20.10.2026 | 12:07
ATU-da “Tibb bacılığı: gələcəyi formalaşdıran güc” mövzusunda təlim keçirilib
20.10.2026 | 10:10
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

