Yardımlı rayonunda “Dərsimiz Sağlamlıq” adlı maarifləndirici görüş keçirilib  
28.05.2026 11:50
Yardımlı Rayon Mərkəzi Xəstəxanasının təşkilatçılığı ilə rayonun Bərcan kənd tam orta məktəbində şagirlər üçün “Dərsimiz Sağlamlıq” adlı maarifləndirici tədbir təşkil olunub.
 
Xəstəxanadan Aztibb.az-a verilən xəbərə görə, tədbirin əsas məqsədi şagirdlər arasında sağlam həyat tərzinin təbliği, onların fiziki və psixoloji sağlamlığının qorunmasına dəstək olmaqdır.
Görüş zamanı şagirdlərə sağlam qidalanma və rəqəmsal gigiyena mövzularında ətraflı məlumat verilib. Sağlam qidalanma mövzusunda düzgün qida rejimi, faydalı qidaların seçilməsi və gündəlik su qəbulunun əhəmiyyəti diqqətə çatdırılıb.
 
Rəqəmsal gigiyena hissəsində isə telefon və planşetdən düzgün istifadə qaydaları, ekran vaxtının məhdudlaşdırılması, şəxsi məlumatların qorunması və düzgün oturuş vərdişləri barədə məlumat verilib.
 
Sonda şagirdləri maraqlandıran sualları cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır