Liv Bona Dea Xəstəxanasının Pediatrik Reanimasiya və İntensiv Terapiya Bölməsinin fəaliyyətə başlamasından 2 il ötür
03.06.2026 13:11
Liv Bona Dea Xəstəxanasının Pediatrik Reanimasiya və İntensiv Terapiya (PICU) Bölməsinin fəaliyyətə başlamasından 2 il ötür.
 
Aztibb.az xəbər verir ki, iki il ərzində bu bölmə ölkəmizin pediatrik reanimasiya və intensiv terapiya sahəsində ən aparıcı mərkəzinə çevrilib. Bu müddət ərzində sadəcə ağır və kritik vəziyyətdə olan uşaqlara yüksək səviyyədə tibbi yardım göstərilməyib, eyni zamanda Azərbaycan səhiyyəsində yeni səhifələrin yazılmasına töhfə verilib.
 
Bu iki il ərzində ölkəmizdə ilk dəfə həyata keçirilən bir sıra müasir intensiv terapiya metodları və yüksək texnologiyalı müdaxilələr uğurla icra edilib. Dünyanın qabaqcıl tibb mərkəzlərində tətbiq olunan bir çox yanaşmalar ilk dəfə olaraq bölmədə həyata keçirilib, bununla da Azərbaycan pediatrik reanimasiya və intensiv terapiyasının inkişafına mühüm töhfələr verilib. 
 
Həmçinin iki il ərzində PICU Bölməsində təhsil almış, təcrübə qazanmış və peşəkar şəkildə yetişmiş çoxsaylı həkimlər, rezidentlər və tibb bacıları bu gün Azərbaycanın müxtəlif şəhər və regionlarında fəaliyyət göstərərək əldə etdikləri bilik və bacarıqları cəmiyyətin xidmətinə təqdim edirlər.
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır