Təzyiq xəstələri üçün yeni ümid - "CaroFlex" implantı yaradıldı
28.05.2026 08:34

Alimlər milyonlarla insanın mübarizə apardığı hipertoniyanın müalicəsi üçün dərmanlardan fərqli yeni üsul hazırlayıblar.

 

Aztibb.az "The Engineer" nəşrinə istinadən yazır ki, ümidverici hesab olunan bu texnologiya damar daxilinə yerləşdirilən xüsusi implant vasitəsilə qan təzyiqini tənzimləməyi hədəfləyir.

 

Adətən orta yaşlardan başlayaraq müşahidə olunan yüksək təzyiq gündəlik həyat keyfiyyətinə ciddi təsir göstərir. Hipertoniya diaqnozu qoyulan şəxslər dərman qəbul edir, duzsuz pəhrizə keçir və fiziki aktivliyi artırmağa çalışırlar. Buna baxmayaraq, bəzi xəstələrdə arterial təzyiq yüksək olaraq qalır.

 

“Dərmanadavamlı hipertenziya” adlandırılan bu vəziyyət dünya üzrə milyonlarla insanda müşahidə olunur və infarkt, insult, eləcə də böyrək xəstəlikləri riskini artırır.

 

Pennsylvania State University tədqiqatçıları qan təzyiqini zəif elektrik siqnalları vasitəsilə azaltmaq üçün 3D çap texnologiyasından istifadə edərək CaroFlex adlı yeni cihaz hazırlayıblar.

 

Device jurnalında dərc olunan araşdırmaya görə, heyvanlar üzərində aparılan ilkin sınaqlarda cihazın qan təzyiqini azaltmağa kömək etdiyi və ənənəvi implantlarla müqayisədə toxuma zədələnməsi və qıcıqlanmanı əhəmiyyətli dərəcədə azaltdığı müəyyən edilib.

 

CaroFlex cihazı boyun nahiyəsində yerləşən arteriyalardan birinə implantasiya olunur və qan təzyiqinin azalmasına kömək edən zəif elektrik impulsları göndərir. Qurğudakı sensorlar qan axını zamanı damar divarlarının gərilmə səviyyəsini davamlı izləyir.

 

Qan təzyiqi yüksəldikdə sensorlar beyinə siqnal ötürür. Orqanizm isə buna ürək döyüntüsünü yavaşıtmaq və damarları genişləndirməklə cavab verir ki, nəticədə təzyiq təbii şəkildə aşağı düşür.

 

Tao Zhou bildirib ki, bir çox xəstədə üç-beş fərqli dərmanın birlikdə istifadəsi belə yüksək təzyiqi nəzarət altına almağa kifayət etmir. Onun sözlərinə görə, orqanizmin təbii tənzimləmə mexanizmlərini elektrik siqnalları ilə idarə edən bioelektronik cihazlar gələcəkdə alternativ müalicə üsulu kimi mühüm rol oynaya bilər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır