Bakı Sağlamlıq Mərkəzinin həkimləri beynəlxalq konfransda təmsil olunublar
03.06.2026 11:37
Gürcüstanın Tbilisi şəhərində keçirilən “Surgical Spring 2026” beynəlxalq elmi-praktik konfransında Bakı Sağlamlıq Mərkəzinin həkimləri iştirak ediblər.
 
Mərkəzdən Aztibb.az-a bildirilib ki, cərrahi ginekologiyanın aktual mövzularını əhatə edən tədbir müxtəlif ölkələrdən tanınmış mütəxəssisləri bir araya gətirib.
Konfrans çərçivəsində Bakı Sağlamlıq Mərkəzinin professoru İslam Mahalov “Marousa və Yabuki anatomik sahələri və onların xoşxassəli ginekoloji patologiyaların cərrahi müalicəsində əhəmiyyəti” mövzusunda elmi məruzə ilə çıxış edib. Professor İslam Mahalov, həmçinin konfransın elmi sessiyalarından birinə moderatorluq edib.
 
Bakı Sağlamlıq Mərkəzinin mama-ginekoloqu Nərgiz Nağıyeva isə “Keçirilmiş keysəriyyə əməliyyatı olan pasiyentlərdə sidik kisəsinin endometriozu” mövzusunda təqdimatla çıxış edərək öz təcrübəsini həmkarları ilə bölüşüb.
 
Beynəlxalq səviyyəli mütəxəssislərin iştirak etdiyi tədbir yeni elmi biliklərin paylaşılması, peşəkar təcrübə mübadiləsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyıb.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır