Sumqayıt Reabilitasiya Mərkəzi uşaqların sosial-psixoloji reabilitasiya imkanlarını dəstəkləyən yeni layihəni başladıb
02.02.2024 12:35

Dövlət Tibbi-Sosial Ekpsertiza və Reabilitasiya Agentliyinin Sumqayıt Reabilitasiya Mərkəzi tərəfindən “Düşüncədən ünsiyyətə” adlı yeni layihəyə start verilib.

Aztibb.az xəbər verir ki, layihənin əsas məqsədi inkluzivlik, bərabərlik meyarlarının artırılması, əlilliyi olan şəxslərlə münasibətin erkən yaşlarda formalaşması, sosial qayğıya ehtiyacı olan insanlara daha həssas davranışın yaranmasıdır.

Layihə çərçivəsində ümumtəhsil müəssisələrində yeniyetmə və gənclər arasında icma əsaslı sosial-psixoloji reabilitasiya tədbirləri həyata keçirilir.

Artıq Sumqayıt şəhəri və Saray qəsəbəsində iki məktəbdə mərkəzin psixoloqları, yoqa və müalicəvi bədən tərbiyəsi üzrə təlimatçılardan, həmçinin əlilliyi olan şəxslərdən ibarət komanda ilə görüş baş tutub.

Psixoloqların keçirdiyi qrup terapiyasında şagirdlərin imtahanqabağı stresslə mübarizəsi, özgüvən hissinin artırılması, həyəcan-təşviş pozuntusunun aradan qaldırılması, idrak proseslərinin inkişafı mövzularında da təlim keçirilib

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır